Ölkə

Milli Qəhrəman Çingiz Qurbanovun 40 mərasimi keçirilib - FOTO

17 Mart 2017 19:20
2 Şərh     Baxış: 1 851

Martın 17-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti Qusar rayonunda olub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, əvvəlcə şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin, o cümlədən Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi ehtiramla anılıb.

Sonra Qusar rayon mərkəzləşdirilmiş kitabxanası qarşısında Müdafiə Nazirliyinin nəşr etdirdiyi Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin "Çingiz dastanı" kitabının təqdimatı olub.

Mərasimdə çıxış edən Müdafiə naziri Zakir Həsənov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Milli Qəhrəmanın atası Salman Qurbanov və digərləri Çingiz Qurbanova, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə verilən yüksək qiymət,  onların ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildiriblər.

Kitabın ilk nüsxəsi Milli Qəhrəmanımızın atası S.Qurbanova təqdim olunub. Bundan əlavə, kitabın nüsxələri Qusar rayonunun bütün orta məktəblərinə və kənd kitabxanalarına da hədiyyə edilib.
Sonra Qusar rayon ictimaiyyətinin və hərbçilərin iştirakı ilə Milli Qəhrəmanımız Çingiz Qurbanovun 40 mərasimi keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Fr · 17 Mart 19:5200

    Allah bütün Şehidlerimize rehmet eylesin Müqeddes Şehidlerimizin ruhu qarşısında baş eyirem ((((((((((((((((((((((

    Cavab yaz
  • Anonim
    VƏTƏNDAŞ · 17 Mart 19:5520

    MƏN TORPAQLARIMIZIN QAYITMASINA COX İNANIRAM --CÜNKİ BİZİM ZAKİR HƏSƏNOV KİMİ ORDU KOMANDANI VAR-- SADƏ- VİCDANLI VƏTƏN OĞLU.ALLAH ŞƏHİDİMİZƏ RƏHMƏT ELƏSİN.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.