Ölkə

"İcra hakimiyyətləri küçə süpürməklə məşğul olur"

17 Mart 2017 14:13
4 Şərh     Baxış: 1 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millət vəkili Siyavuş Novruzov parlamentin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı bir sıra təkliflərlə çıxış edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, çıxışında struktur islahatları məsələsinə toxunan millət vəkili qeyd edib ki, Azərbaycanda bu gün 19-18 nazirlik var: "Ancaq bəzi nazirliklərin regional idarələri mövcuddur. Ölkənin nazirliyi hökumətin strukturudur. Əgər lazımdırsa, nazirliklərin hamısı regional olmalıdır. Kimsə axşam yatıb, səhər durub deyir ki, mən öz struktrumu regional etdim.

Bəzi hallarda görürsən ki, həmin strukturlar ləğv olunur, əvvəlki sistemə qayıdır. Və yaxud, kim hansı rayonu istəyirsə, özünə regional mərkəz seçir. Bu, nəyə əsasən seçilir? İnsanlar başa düşməlidir ki, bu, nə üçün həyata keçirilir. Vətəndaş hər hansı problemi olanda yerli icra hakimiyyətlərinə müraciət edir. Hökumətin yerdəki səlahiyyətli nümayəndələri onlardır. Belə olan halda isə icra hakimiyyətləri küçə süpürməklə məşğul olur".

Sonda deputat qeyd edib ki, axır vaxtlar özəl sektorda insanlar yerli-yersiz ixtisara salınır: "İdarə rəhbəri öz cibinə toxunmur, amma işçinin maaşından çıxır. Əvvəl 500 verirdisə, indi 200 manat maaş verir. Bu özbaşınalıqlar aradan qaldırılmalıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.