Ölkə

Milli Məclisdə dəm qazı müzakirəsi: "Zəhərlənma halları ona görə baş verir ki..."

17 Mart 2017 13:51
3 Şərh     Baxış: 1 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda dəm qazından zəhərlənmə məsələsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, deputat Elmira Axundova "Azəriqaz" İstehsalat Birliyini məsələ ilə bağlı tədbirlər görməyə çağırıb. O qeyd edib ki, "Azəriqaz" İB qaz xətləri yeni qurulan zaman evlərdə sayğaclarla yanaşı, dəm qazını hiss edən avtomatik qurğu yerləşdirsin: "Abonentlərin evində bu qurğular məcburi quraşdırılsın. Yoxsa yeni-yeni dəhşətli ölümlərin şahidi olacağıq".

E.Axundovanın təklifinə vitse-spiker Valeh Ələsgərov münasibət bildirib: "Dədə-babadan evlərdə odun, kömür yandıranda mütləq baca olmalı idi. Ona görə ki, zəhərli maddələr evdən çıxsın. Zəhərlənma halları ona görə baş verir ki, yaşayış evlərində belə bacalar yoxdur. Əgər kimsə cihaz qoymaq istəyirsə, özü alsın qoysun, "Azəriqaz" İB bunu etməli deyil. Birinci növbədə, əhali evində nəzarət etsin ki, qaz yanan zaman əmələ gələn maddələr evdən çıxır, ya yox?"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.