Ölkə

Bayram günlərində metro stansiyalarında konsert olacaq

17 Mart 2017 13:45
2 Şərh     Baxış: 511

Milli dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadıb canlandıran bu əziz bayram münasibəti ilə "Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək.

Metropolitendən Milli.Az-a verilən məlumata görə, metrodan istifadə edən sərnişinlərdə ruh yüksəkliyi yaratmaq, onlara bayram ovqatı bəxş etmək məqsədilə martın 20-dən 23-dək sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub.

Konsert proqramının afişasını sərnişinlərin nəzərinə çatdırırıq:

- "İçərişəhər" stansiyası - saat 12:15-13:45;

- "28 May" stansiyası - saat 13:15-14:45;

- "Elmlər Akademiyası" stansiyası - saat 14:15-15:45;

- "Memar Əcəmi" stansiyası (Bənövşəyi xətt) - saat 15:15-16:45.

Qeyd edək ki, buna qədər "Bakı Metropoliteni" QSC-nin sosial layihəsi çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi, Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivin ifalarında dünya və Azərbaycan musiqisinin klassik sənət nümunələri, Azərbaycan folkloru və milli musiqi sənətinin seçilən parçaları sərnişinlərə təqdim olunub.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

2 Şərh:

  • Anonim
    düz sözzz · 17 Mart 13:5310

    Olmazmiki bu millete hec olmasa Gürcüstandakı kimi 3 yox..cemi 1 ce gün metrodan pulsuz istifadeye icaze versinler..Millete beyem ac qarnına musiqi lazimdir??

    Cavab yaz
  • Anonim
    / · 17 Mart 23:5700

    konsertdense avropa oyunlarinda buraxdiqlari yeni nov vaqonlardan xette buraxsinlar qabagi yay gelir yene metroya girmey mumkun olmayacag

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.