Ölkə

Deputatın qardaşı oğlu məhkəmə zalından azadlığa buraxıldı

17 Mart 2017 13:20
0 Şərh     Baxış: 1 156

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, N.Əhmədov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 

Məhkəmə kollegiyası qərar qəbul edərkən, onun zərərçəkmiş şəxslərə vurulan ziyanı ödədiyini nəzərə alıb. 

İttihama görə, təqsirləndirilən N.Əhmədov zərərçəkmiş Rasim İsgəndərovu mühasib vəzifəsinə işə düzəldəcəyini deyərək, onun 5 min manat pulunu ələ keçirib, lakin vədinə əməl etməyib. N.Əhmədov ayrı-ayrı adamları da işə düzəltmək məqsədilə onların ümumilikdə 30 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. 

Qeyd edək ki, Namiq Əhmədov Milli Məclisin deputatı Vahid Əhmədovun qardaşı Rafiq Əhmədovun oğludur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.