Ölkə

"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru dəyişdi

16 Mart 2017 18:02
0 Şərh     Baxış: 2 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Mühəndislik Universitetində yeni kadr təyinatı olub.

Milli.Az xəbər verir ki, Bakı Mühəndislik Universitetindən APA-ya verilən xəbərə görə, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Bayram Hüseynzadə Bakı Mühəndislik Universitetinə prorektor təyin edilib. B.Hüseynzadənin prorektor təyinatı ilə bağlı əmr martın 15-də imzalanıb. O, humanitar məsələlərə nəzarət edəcək.

Keçmiş Qafqaz Universitetinin prorektoru Həmidağa Orucov yenidən tədris işləri üzrə prorektor vəzifəsini icra edəcək.
 
Ali məktəbin digər prorektoru Havar Məmmədov isə müvəqqəti olaraq rektor səlahiyyətlərini icra edir.
 
Jurnalist Nurəddin Heydərov isə "Azərbaycan müəllimi" qəzetinə baş redaktor təyin olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.