Ölkə

8 Martda Gülnarı çayda "boğan" şəxs tutuldu - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

16 Mart 2017 17:42
10 Şərh     Baxış: 5 248

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü açılıb.

Belə ki, martın 11-də saat 17 radələrində Qax rayonunun Alatəmir kəndi ərazisindən keçən çayda üzərində xəsarətlər olan naməlum qadın meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla naməlum meyitin Mingəçevir şəhərində kirayədə yaşayan 35 yaşlı Zərdab rayon sakini Gülnar İbrahimova olması müəyyən edilib.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Milli.Az-a verilən məlumata görə, polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Mayıl Məmmədovun martın 8-də saat 18 radələrində Gülnar İbrahimova ilə görüşərək idarə etdiyi VAZ-2107 markalı avtomobillə onu Qax rayonu ərazisinə aparması və orada aralarında baş vermiş mübahisə zəminində onu öldürmək məqsədilə yüksəklikdən itələyib çaya ataraq qəsdən öldürməsində kifayət qədər əsaslı şübhələr müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

M.Məmmədov martın 15-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

10 Şərh:

  • Anonim
    ? · 16 Mart 17:5540

    Allah belani versin.

    Cavab yaz
  • Anonim
    ? · 16 Mart 17:57124

    Ay xanimlar, bu kişilerden uzaq durun. Kişilerden ancaq derd, döyülmek, ölüm gelir. Onlari sevmeyin, sevgili olmayin.

    Cavab yaz
  • Anonim
    Svetlana Azəri · 16 Mart 18:2020

    Allah cəzasını versin. Elə xanımın da ağlı yox imiş ki belə başdan xarab insan nə qedər olmasa özünü bir üzə verir, sən elesiynən niyə tanışlıq və ya dostluq edirsən axı

    Cavab yaz
  • Anonim
    Ayla X · 16 Mart 18:2110

    Duz deyisiz indi ayilede bele kisiye inam qalmiyim elinde tutusan boynuna qoya bilmisen Abirina sinisan

    Cavab yaz
  • Anonim
    Ziya · 16 Mart 18:5820

    Anlaya bilmirem niye bu qadinlar ozlerin bu qeder ucuz tutur. Heyat bir defe verilir insana. Her kesin sevgilisi olmalıdır deye bir şey Yoxdur.

    Cavab yaz
  • Anonim
    Dost · 16 Mart 19:5230

    Mənə belə gəlir ki,bunu bütün kişilərə şamıl etmək düzgün deyil.Bizim mərd kişilərimiz az deyil.Axir vaxtlar bəzi qadınlar bir saat ərzində tanıdığı insanla hara gəldi gedirlər,sonuc da bu!!!!

    Cavab yaz
  • Anonim
    anonim · 16 Mart 21:0810

    worgoz kiwilerin hamisinin kenarda sulengi kimi saxladiqi qadini var.Allah belelerine insaf versin .

    Cavab yaz
    • Anonim
      anonime · 16 Mart 23:1900

      Arvadi da deyir erim iş dalinca gedib. Ta demirki eri hardasa arvad öldürür

      Cavab yaz
  • Anonim
    Ahu · 16 Mart 21:2300

    İkiside eyni zibil imiş her ilisine ayıb olsun ay qadın ne gezirsen çöllerde yad kişiynen gör ne qeder nesilin kökün başın saldın yere gören belencik qadınlar öz ehtrasına döze bilmiler ? Yoxsa pulu gediler????

    Cavab yaz
    • Anonim
      ahuya · 16 Mart 23:2000

      Bilmediyini danişma

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.