Ölkə

"Şah" dostunu bıçaqladı - Astarada

16 Mart 2017 16:46
3 Şərh     Baxış: 1 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astara rayon sakini dostu tərəfindən bıçaqlanıb.

Milli.Az report-a istiadən xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində baş verib.
Belə ki, həmin kəndin sakini 27 yaşlı Manafov Güləli Yusif oğlu həmkəndlisi Quliyev Şahmehdi Şöhrəddin oğlu tərəfindən bıçaqlanıb.

Yaralı  qohumları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
Xəstənadan bildirilib ki, yaralı çoxlu qan itirdiyindən dərhal əməliyyata götürülüb:

"Bıçaqlanma nəticəsində xəsarət alan Güləli Quliyev döş qəfəsinin sağ nahiyəsindən vurulub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra dərhal əməliyyat edilib".

Qohumları Şah ləqəbi ilə tanınan Şahmehdinin bir ay əvvəl cəzacəkmə müəssisəsindən azadlığa buraxıldığını bildirirlər. O, hadisə yerindən qaçıb.

Cinayəti törətməkdə təqsirli bilinən şəxsin axtarışları istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. Hadisənin hansı səbəbdən baş verməsi Astara Rayon Polis Şöbəsində araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.