Ölkə

Göyərçinli 2, göyərçinsiz 1 manat - FOTO

16 Mart 2017 19:19
9 Şərh     Baxış: 2 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Novruz bayramı ərəfəsində paytaxt sakinlərinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatı artır. Bu səbəbdən də həm Kənd Təsərrüfatı Nazirliyi, həm də Bakı şəhər İcra Hakimiyyəti istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə müxtəlif ərazilərdə satış yarmarkaları və çadırlar qurub. Sözügedən yarmarkalarda müxtəlif ərzaq və kənd təsərrüfatı mallarınının bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə satışa çıxarıldığı qeyd olunur.

Milli.Az xəbər verir ki, qafqazinfo bazarlarla satış yarmarkalarını müqayisə etmək üçün bir neçə ərazidə olub. Əvvəlcə Binəqədi kənd təsərrüfatı yarmarkasına yollansaq da, bazarın sabahdan fəaliyyətə başlayacağını bildirdilər. Yarmarkada sadəcə bir satıcı var idi, onun da piştaxtasına sadəcə alma düzülmüşdü.

Daha sonra gediş gəlişin daha çox olduğu Nərimanov metrosunun qarşısında qurulmuş çadırlara yollandıq. Çadırlarda bayram ərzaqları ilə yanaşı həm də müxtəlif aksesuarlar, şüşə qab-qacaq düzülüb. Əsas üstünlük isə çərəz və bayram atributlarına verilib. Sıra ilə düzülmüş səmənilərin qiyməti isə, demək olar ki, standartdır: göyərçinli 2 manat, göyərçinsiz 1 manat.

Çadırda yer alan çərəzlərin qiymətinə nəzər salaq:

Qoz ləpəsi: 18-20 manat

Ərik: 10-15 manat

Fındıq ləpəsi: 16-20 manat

Kişmiş: 8-16 manat

Püstə: 22-24 manat

İnnab: 6-10 manat

Şabalıd: 12 manat

Qabıqlı qoz: 7-10 manat

Qabıqlı fındıq: 7-8 manat

Ukraynadan gətirilmiş şokolodlar: kilosu 6 manat

Metro çıxışlarında qurulmuş bu yarmarkalarda qiymətlərin daha münasib olması və ərazi baxımından əlçatımlılıq alıcıları daha çox cəlb edir. Odur ki, bazarlardan fərqli olaraq metro çıxışlarında piştaxta quran satıcılar burada əhalinin alıcılıq qabiliyyətinin yüksək olduğunu söyləyib.

Satıcılar bildirib ki, sakinlər qoz-fındıqdan başqa digər məhsullardan daha çox 300-500 qram almağa üstünlük verir. Qiymətlər həm keyfiyyət, həm də bölgələrə görə dəyişir.

Daha sonra "Keşlə" bazarına yollanırıq. Alıcılıq baxımından bayaq müşahidə etdiyimiz mənzərəni burada görmək elə də mümkün deyil. Bayram günlərinə az müddət qalmasına baxmayaraq, piştaxtaların qarşısında elə bir alıcı sızlığı gözə dəymir. Bir neçə məhsulun qiymətini çadırlarla müqayisə etdiyimiz zaman bəzilərində az, bəzilərində isə xeyli fərq olduğunu gördük. Odur ki, sakinlər daha çox çadır və yarmarkalardan alış-verişə üstünlük verir.

Bazarda isə qiymətlər belədir:

Qabıqlı fındıq: 8 manat

Qabıqlı qoz: 12-17 manat

Şabalıd: 15 manat

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.