Ölkə

Təcili tibbi yardım yerinə yanğınsöndürən çağırdılar, xəstə öldü - GƏNCƏDƏ

16 Mart 2017 16:00
4 Şərh     Baxış: 1 652

Gəncə şəhərində qıcolma tutan şəxsin qohumları səhvən yanğın söndürənləri çağırıblar, xəstə ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, şəhərin Məhsəti Gəncəvi qəsəbəsində yaşayan sakin qıcolma keçirib. Bu zaman onun yaxınları təcili yardım əvəzinə səhvən Fövqəladə Hallar Nazirliyinin 101 qaynar xəttinə zəng vuraraq hadisə yerinə yanğın söndürən maşın çağırıblar. Nazirliyin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, çağrış əsasında deyilən ünvana 4 yanğınsöndürən maşın göndərilib.
 
Daha sonra çağırışın səhvən olduğu məlum olub və hadisə yerinə təcili tibbi yardım çağrılıb. Təcili tibbi yardım maşını hadisə yerinə gələnə qədər xəstə ölüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    ... · 16 Mart 16:0320

    Qaynana filmi yadima düşdü,bu boydada səhv olarr

    Cavab yaz
  • Anonim
    ... · 16 Mart 16:0530

    101 ə zəng edəndə də sorusurlarda harda nə hadisə bas verib deyə,eləbirbasa masin gondərmirlərki

    Cavab yaz
  • Anonim
    ? · 16 Mart 17:4210

    Buna gülek yoxsa aglayaq? 101 bilmir masini hara gönderir?

    Cavab yaz
  • Anonim
    Anar · 16 Mart 19:2700

    Həqiqətən ağlamalıdır.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.