Ölkə

Sabahın HAVAsı

14 Mart 2017 12:48
113 Şərh     Baxış: 3 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 86-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Martın 15-də hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, gündüz qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Martın 15-17-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.