Ölkə

Uzun bir yolun yenidən qurulmasına başlanıldı - FOTO

8 Mart 2017 12:44
0 Şərh     Baxış: 4 817

Ağdaş rayonu Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağ avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.

"Azəravtoyol" ASC -dən Milli.Az-a verilən məlumata görə, yenidənqurma işlərinin aparıldığı Ağdaş rayonu Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağ avtomobil yolunun ümumi uzunlğu 34 km-dir. Tikinti işləri çərçivəsində yolun eni mövcud 6-7 metrdən 10 metrə qədər genişləndirilir.

Hazırda yol yatağının yararsız qruntu ərazilərdən asılı olaraq qazılaraq çıxarılır, əvəzinə yeni yol yatağının və yol əsasının tikintisi işləri aparılır. Yol əsası hazır olandan sonra yola 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə  200 min m2-dən çox sahənin asfatlanması nəzərdə tutulur.

Layihə çərçivəsində yolun hər bir istiqamət üzrə çiyinlərinin eni 2 metr,  hərəkət hissəsi isə 6 metr olacaq. 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarət olacaq yol 4-cü texniki dərəcəyə uyğun olaraq tikilir.

Bundan başqa, tikinti işləri zamanı avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 120 ədəd müxtəlif diametrli suötürücü boruların quraşdırılması işləri də aparılacaq.

Avtomobil yolunun əsaslı şəkildə bərpası 4 yaşayış məntəqəsinin sakinlərininin gediş-gəlişini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşıması asanlaşacaq.

Tikinti işləri bitdikdən sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.