Ölkə

Tanınmış ekspert "Azəriqaz"ı tənqid etdi: "İslahatlara ehtiyac var"

7 Mart 2017 17:09
6 Şərh     Baxış: 2 537

"Nəinki rayonlarda, hətta paytaxtda belə mavi qazın evlərə fasilə ilə verilməsi adiləşib. Bakının mərkəzi rayonlarında da bəzən nəinki saatlarla, hətta bir gündən çox müddətdə də mavi qaz təchizatı kəsilir".

Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.


Ekspertin sözlərinə görə, 29,367 milyard kub metr mavi qaz istehsal Azərbaycanda əhalinin qaza olan 2,75 milyard kub metrlik tələbatını ödəməkdə çətinliklərin olması anlaşılan deyil: "Halbuki, yalnız SOCAR-ın illik hasilatı 6, 266 milyard kub metrdir. Bu isə əhalinin mavi qaza olan tələbindən 2 dəfədən çoxdur. Əhalinin mavi qaz istehlakı ölkə üzrə ümumi qaz istehsalının 10 faizindən çox olmamasına baxmayaraq, yenə də qaz təminatında problemlər varsa, deməli bu sahədə struktur islahatların aparılmasına ehtiyac var. Digər tərəfdən, mavi qazın təchizatında itkilərin həcminin çox olması fonunda evlərə qazın fasilələrlə verilməsi bu sahədə islahatların sürətləndirilməsini daha aktuallaşdırır".

Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərək, paylanması və satışını SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi həyata keçirir.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Royal · 7 Mart 17:5310

    Qazin zeif olmasi, kesilmesi bir yana, terkibinde hedden artiq hava olur. Kombi islemir, metbex qazinin qoxusu ise adama cox pis tesir edir. Xais edirik bunlarida nezere alin

    Cavab yaz
    • Anonim
      Arzu · 7 Mart 18:2510

      Qazin terkibi yaxsi deyil ona gore ne qeder insan vefat edir.

      Cavab yaz
  • Anonim
    Abbas · 7 Mart 18:0910

    Hele ustelik qaz sayqaclari tez tez koda dusur

    Cavab yaz
  • Anonim
    Səma · 7 Mart 20:3110

    Rəqəmlər bax. Gərək yadımda saxlayım

    Cavab yaz
  • Anonim
    Bakll roya · 7 Mart 21:0430

    Bu il camahat soyuqdan qirildi.bezdirib bu il azeriqaz caamahati.Ikigunden bir qazdar kesilir.Besdirinde camahatin esebleri ile oynayirlar.Kartnan etmisiz verinde qazi.Zengde vururuq zanite qoyullar telefonu.Amma iwiq bu il cox yaxwi.bu il qiwda bir defe sonub iwiqlsrimiz Cox raziyiq.Kohne gunewliden

    Cavab yaz
  • Anonim
    Aaa · 8 Mart 13:2510

    Ciddi deyişikliye ehtiyac var azeriqazda

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.