Ölkə

Tanınmış ekspert jurnalistlərə etiraz etdi: bu məlumatı mən ötən il paylaşmışam

6 Mart 2017 11:24
4 Şərh     Baxış: 4 274

Milli.Az xəbər verir ki, yol-nəliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov media nümayəndələrinə, xüsusən də informasiya saytlarının əməkdaşlarına onun adından yanlış məlumat yayılmasına görə etiraz edib:

"İki gündür ki, mənə istinadən bir məlumat yayılır, təxminən bu adla: "Sürücülərin nəzərinə: Sabahdan yeni cərimələr qüvvəyə minir - SİYAHI" və s. Bu məlumatı mən 2016-cı ilin fevral ayında yaymışam. Kimsə arxivdən tapıb, aktivləşdirib, yenidən yayıb, guya ki təzədir, bu gündən qüvvəyə minir və s.

Həmin yazıda bəhs olunan məsələlər artıq 1 ildir ki, qüvvəyə minib, heç bir yeni şey yoxdur.

Xahiş edirəm, bunu nəzərə alın, məlumatın tarixinə baxın, sonra yayın".

Qeyd edək ki, söhbət yeni İnzibati Xətalar Məcəlləsində (İXM) sürücülər üçün nəzərə tutulan və artıq ötən il qüvvəyə minmiş yeniliklərdən gedir. İXM-dəki həmin məqamlar bunlardır:

1. Təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməyə görə elektron protokollar tərtib olunacaq.

2. Motosiklet sürücüləri isə həm dəbilqəsiz motosiklet sürməyə görə, həm də dəbilqəsiz sərnişin daşımaya görə elektron protokollar alacaqlar.

3. Yeni Məcəllədə inzibati məsuliyyətə cəlbetmə müddəti birmənalı olaraq bir ildir. Daha iki ay söhbəti olmayacaq.

4. Yol-nəqliyyat hadisəsi yerindən yayınmaya görə yalnız hadisədə təqsirli sürücü (sürücülər), özü də əvvəlki kimi 80 manat yox, 100 manat cərimə olunacaq.

5. Sürücünün avtomobilin idarə edilməsindən kənarlaşdırılması və daha sonra avtomobilin cərimə meydançasına aparılması üçün nəzərdə tutulan hallar olduqda DYP əməkdaşını qəza yerində daha üç saat gözləməsi söhbəti olmayacaq. Müvafiq əsas varsa, avtomobil sənədləşmədən sonra dərhal duracağa aparılacaq.

6. Avtomatik rejimdə tərtib olunan elektron protokol qayda pozuntusundan sonrakı bir ay ərzində "ASAN ödəniş" sisteminə və orada sürücünün özü üçün yaratdığı elektron kabinetə yerləşdirilməzsə, sürücü buna görə məsuliyyətdən azad olunacaq. Bu hüquqdan istifadə etmək üçün hər bir sürücü asanpay.az saytında özü üçün elektron kabinet yaratmalıdır.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Nəbiyev · 6 Mart 11:4100

    Milli.az - yayanlardan biri elə siziydiniz.

    Cavab yaz
  • Anonim
    Gunay · 6 Mart 11:4400

    Agzinda jurnalist deyirsen Erşad mellim

    Cavab yaz
  • Anonim
    Aydlndl · 6 Mart 12:5700

    Slgorta elave olunub qalan kohnedi

    Cavab yaz
  • Anonim
    Vicdan · 6 Mart 15:0600

    Milli.az ele sen ozunde hemin xeberi yaymisan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.