Ölkə

Piter Teys: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycanın bir çox ölkələrlə əməkdaşlığını möhkəmləndirəcək"

24 Fevral 2017 16:36
Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması ölkənin icra hakimiyyətinə yeni dinamika gətirəcək və ictimai diplomatiya təşəbbüslərini işə salacaq.

Milli.Az xəbər verir ki, bunu Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.

Onun sözlərinə görə, ölkə prezidenti tərəfindən qəbul edilmiş qərar Azərbaycan qadınının ölkənin iqtisadi inkişafına töhfəsini nümayiş etdirir və Azərbaycanın dünyadakı nüfuzunu artıracaq.

O, Mehriban Əliyevanın Azərbaycanın bir çox ölkə və beynəlxalq təşkilatlarla əməkdaşlığını möhkəmləndirəcəyini deyib.

Bundan başqa ekspert qeyd edib ki, Birinci vitse-prezident multikulturalizm və dini tolerantlıq dəyərlərinin təşviqi istiqamətində də fəaliyyət göstərəcək.

MilliAz

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.