Ölkə

Yol polisi cərimədən xilas olmaq üçün sürücülərə mesaj göndərəcək - YENİ QAYDA

24 Fevral 2017 12:12
1 Şərh     Baxış: 2 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" qanunda dəyişikliklər edilməsi barədə" 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Milli.Az xəbər verir ki, yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov baku.ws-ə açıqlamasında dəyişikliklər barədə danışıb. 
 
O bildirib ki, dəyişikliklərə əsasən Azərbaycanda bütün sürücülərin mobil telefonları Dövlət Yol Polisi tərəfindən qeydiyyata alınacağı göstərilsə də bu əslində 2012-13-cü il qanununda mövcud idi. 
 
"Amma 2014-cü ilədək avtomobil alan yüz minlərlə sürücünün mobil nömrəsi Dövlət Yol Polisinin sistemində yoxdur. Prezident göstəriş verib ki, bütün sürücülərın mobil nömrələrini Dövlət Yol Polisi qeydiyyata alsın. Bu ona görə tətbiq edilir ki, sənəd və informasiya mübadiləsində çox böyük çətinliklər yaşanır. Sürücülərin nömrələri bazaya salındıqdan sonra bu imkan verəcək ki, parklanma qaydalarına görə, avtomobili 24 saatdan çox dayanacaqda dayanan sürücüyə SMS gəlsin. Sürücüyə vaxtın bitməsinə 1 saat qalmış, yəni 23 saatın tamamında SMS göndəriləcək ki, sürücü cərimədən qurtula bilsin. Amma sürücülərin telefon nömrələrinin Yol Polisində olmaması bu işi çətinləşdirirdi. Buna görə də bütün sürücülərin mobil nömrələrinin qeydiyyata alınması bu sistemin tətbiq edilməsinə yardımçı olacaq", - deyə Ərşad Hüseynov bildirib.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.