Ölkə

Tanınmış ekspert: ""Cənub Qaz Dəhlizi" uzaqvuran artileriyadır"

23 Fevral 2017 17:54
Baxış: 1 759

Azərbaycanın qaz ixracından gələcəkdə əldə edəcəyi gəlirlər neftdən əldə etdiklərimizi, sözsüz ki, əvəz edə bilməyəcək. Bu, kifayət qədər aydın məsələdir. Ancaq 2014-cü ildə təməli qoyulan Cənubi Qafqaz Boru Kəməri (GQBK) heç də bu məqsədi daşımır.

Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov prezident İlham Əliyevin bu gün Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısındakı çıxışına münasibətində bildirib.

İqtisadçı qeyd edib ki, "Cənub Qaz Dəhlizi"nin hər şeydən öncə böyük siyasi əhəmiyyəti vardır: "Onun iqtisadi səmərələliliyi isə hələ çox uzaqdadır. Lakin yox da deyildir. Hazırda "Cənub Qaz Dəhlizi" adı altında 4 layihə icra olunur: "Şahdəniz-2", GQBK, TANAP və TAP.  Yəni ki, sözügedən dəhliz Azərbaycana lazım olan gəliri gətirəcək, amma heç də "Şahdəniz-2"dən deyil. Cənub Qaz Dəhlizi strateji layihədir! O təkcə, Azərbaycan qazı üçün tikilmir. Sabah Orta Asiya və Yaxın Şərq buna qoşulmalıdır və qoşulacaqlar da. Sözün qısası, Cənub Qaz Dəhlizi uzaqvuran artileriyadır".

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.