Ölkə

"Xoşunuza gəlsə də, gəlməsə də belə olmalıdır"

14 Fevral 2017 14:54
0 Şərh     Baxış: 2 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Seçkili orqana necə inzibati nəzarət etmək olar? Onda gəlin Milli Məclisə də inzibati nəzarəti həyata keçirən orqan təyin edək".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu millət vəkili Fəzail İbrahimli Milli Məclisdə deyib. O, qeyd edib ki, nəzarət məsələsi Ədliyyə Nazirliyinin səlahiyyətində qalmalıdır: "Amma inzibati sözü seçkili orqana heç cür uyğun gəlmir. Bu söz qətiyyən işlədilməməlidir".

Birinci vitse-spiker Ziyafət Əsgərov deputata belə cavab verib:

"Mən bilmirəm ki, sizin niyə inzibati sözündən xoşunuz gəlmir. Xoşunuza gəlsə də, gəlməsə də elə inzibati olmalıdır. Əvvəla, bu Konstitusiyada yazılıb. Nazirlik səlahiyyətini aşmır, əksinə, bələdiyyə üzvlərinin maarifləndirilməsini həyata keçirməlidir. Bəyəm, bələdiyyə üzvünün maariflənməsi pisdir ki? Elə bunun adı inzibati nəzarət də olmalıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.