Ölkə

Sürücülərə qənim kəsilən dələduzlardan yalnız biri tutulubmuş...

14 Fevral 2017 11:42
1 Şərh     Baxış: 5 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, bir neçə gün əvvəl günün günorta çağı sürücülərə qənim kəsilən, özünü hərəkətdə olan avtomobillərin altına ataraq onları şantaj edən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığı barədə məlumat yayılıb.

Bəlli olub ki, əslən Masallı rayonundan olan 42 yaşlı Zöhrab Abıyev növbəti "plan"ını həyata keçirməyə cəhd edərkən Xırdalan şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Bakının bir neçə ərazisində sürücüləri şərləyən Z.Abıyevin əvvəllər məhkumluq həyatı yaşadığı da məlum olub. O, bu hərəkətlərini narkotik maddə aludəçisi olduğu üçün törətdiyini bildirib.

Qeyd edək ki, Zöhrab Abıyev bir müddət əvvəl Alatavadan "Şamaxinka"ya çıxan yolda növbəti dələduzluğunu etməyə hazırlaşarkən avtomobillərdən birinin videoregistratorunda qeydə alınıb.


 

Yolda gedərkən Z.Abıyevin hədəfinə tuş gələn sürücülərdən biri də Elnur Hüseynov olub. Onun həbs edildiyi barədə xəbəri oxuyan sürücü deyir ki, Z.Abıyev əslində tək olmayıb, daha bir nəfərlə ikilikdə dələduzluq edirlər:



"Onlar iki nəfərdirlər. Tutulan onlardan biridir. Özü də bu, arıqdır. Digəri isə nisbətən kökdür. Hər ikisi tülkü kimi tindən çıxır, özlərini arxadan avtomobilə çırpır. Sonra da deyirlər ki, ayağımızın üstündən keçdin. Amma o biri hələ tutulmayıb. Əgər tuturlarsa, hər ikisini tutsunlar ki, sümük olub yollarda camaatın boğazına keçməsinlər. Özü də deyəsən, ikisi də yerlidirlər. Çünki ləhcələri oxşardır".

Vaxtilə dələduzlarla şəxsən üz-üzə gələn E.Hüseynov digər cinayətkarın da həbs olunmasını istəyir: "Mənim onlarla bir dəfə mübahisəm olub. Yolla 8-10 km/saat sürətlə asta-asta getdiyim yerdə orta qapıya çatanda əllərini cibindən çıxarıb baqaja vurdu. Sağla gəldiyi yerdə deyir ki, sol ayağımın üstündən keçdin. Ayaqqabı da ağ və üstündə də heç bir iz yox. Əgər maşın onun ayağının üstündən keçsəydı, ayağı sınardı. Üst-başı da pinti, daha çox narkomana oxşayırlar. Hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, digər dələduzun kimliyini müəyyən edib tutsunlar ki, digər sürücülər belələrinin qurbanına çevrilməsinlər".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.