Ölkə

Bu avtobus marşrutunun yolu dəyişdirildi - SXEM

8 Fevral 2017 17:23
0 Şərh     Baxış: 6 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) metronun "28 may" stansiyası, eləcə də əks istiqamətdə hərəkət edən 1 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasında dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, dəyişikliyə əsasən, "Koroğlu" NMM-dən Heydər Əliyev prospekti ilə şəhər istiqamətində hərəkət edən avtobuslar "Azərsu" ASC-nin yeni tikilən inzibati binasının qarşısından Ələsgər Qayıbov küçəsinə dönəcək, daha sonra avtobuslar Ələsgər Qayıbov küçəsi 10 ünvanında yerləşən iş mərkəzinin qarşısındakı geri dönmədən əks istiqamətdə qayıdaraq Heydər Əliyev prospekti ilə əvvəlki xətt üzrə hərəkət edəcəklər.

Dəyişikliyi etməkdə məqsəd, həmin ərazidə yaşayan sakinlərin, həmçinin Ələsgər Qayıbov küçəsində yerləşən dövlət və özəl qurumların əməkdaşlarının şəhər mərkəzinə rahat gedişini təmin etməkdir.

Qeyd edək ki, bu dəyişikliyin avtobuslararası intervala təsirinin qarşısını almaq məqsədi ilə daşıyıcı tərəfindən xəttə buraxılan nəqliyyat vasitələrinin sayı artırılacaq.

Xatırladaq ki, Ə.Qayıbov küçəsində və ona yaxın ərazidə yaşayış və iş yerlərinin olmasına baxmayaraq, ərazidən hər hansı bir marşrut xətti keçmirdi.

BNA-nın qərarına əsasən, 1 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 12 fevral tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.