Ölkə

Əli Əhmədov: "Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı ilkin nəticələr var"

8 Fevral 2017 14:21
Baxış: 1 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı ilkin nəticələr var".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, icbari tibbi sığorta ilə bağlı pilot layihələr fevralın 1-dən etibarən Mingəçevir və Yevlaxda həyata keçirilir:

"İlkin nəticələr var. Mənim dünən aldığım məlumata görə, istər Mingəçevirdə, istərsə də Yevlaxda artıq insanlar icbari tibbi sığorta sistemi ilə xəstəxanalara müraciət edərək tibbi xidmətlər alırlar. İnsanlarda məmnunluq hissləri var. İlkin nəticələr haqqında geniş fikir söyəmək çətindir, amma bizi məmnun edən nəticələr var".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.