Ölkə

Problemli kreditlərin həcmi artır - Bəzilərinin qayıtmasına ümid yoxdur

30 Yanvar 2017 12:45
0 Şərh     Baxış: 2 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Problemli kreditlərin həcmi 1 miyard 442 milyon manata çatıb. Bu 16 milyard 275 milyon manatlıq kredit portfelinin 8,9 faizi deməkdir. Neftin qiyməti dünya bazarında aşağı düşməyə başlayanda isə bu rəqəm 5 faiz ətrafında dəyişirdi.

Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-eskpert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, aparılan monitorinqlər göstərir ki, banklarda problemli kreditlərin məbləği Mərkəzi Bank tərəfindən rəsmi elan edilən rəqəmdən daha böyükdür: "Fərqli səbəblərdən banklar yubanan kreditləri problemli kreditlər kimi rəsmilləşdirməyə həvəsli görünmürlər. Kredit götürənlərin ödəmə qabiliyyətinin azaldığını nəzərə alsaq, o zaman növbəti aylarda da problemli kreditlərin həcmində artımlar qaçılmazdır".

Ekspert qeyd edib ki, tədqiqatlar göstərir ki, problemli kreditlərin xeyili hissəsi artıq "ümidsiz kreditlərdir". Yəni, onların geri qaytarılması praktik olaraq mümkün deyil: "Halbuki, 2015-ci ilin əvvəlində təklif etdiyimiz kimi, Mərkəzi Bank sadəcə problemli kreditlərin yarısı qədər məbləğı xarici valyutada olan kreditlərə kompensasiya kimi ödəsəydi 10 min dollaradək istehlak kreditlərinə güzəşt tətbiq edə bilərdi. Mərkəzi Bank kreditlərə güzəşt versəydi, nə problemli kreditlərin həcmi bu qədər şişərdi, nə də kredit borcu olanların ödəmə qabiliyyəti pisləşərdi. Bu isə o deməkdir ki, güzəşt tətbiq edilməyincə problemli kreditlərin həcmində artımlar davam edəcək".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.