Ölkə

İntihar edən Dəyanət Rzayev əvvəllər futbol üzrə Azərbaycan millisinin psixoloqu olub

26 Yanvar 2017 12:40
11 Şərh     Baxış: 3 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda intihar edərək həyatına son qoyan psixoloq Dəyanət Rzayev əvvəllər futbol üzrə Azərbaycan milli komandasının psixoloqu olub.

Milli.Az xəbər verir ki, bu barədə report-a mərhumun əmisi məlumat verib.

Onun sözlərinə görə, D.Rzayev milli komandanın formalaşdığı vaxtlardan 2001-ci ilədək yığmanın üzvlərinə psixoloji yardım göstərib. Xüsusən, 1990-cı illərin sonlarından futbolçular dünya və Avropa çempionatlarının seçmə qrup oyunlarına daha yaxşı hazırlaşmaları üçün tanınmış psixoloqun köməyindən yararlanıblar.
Qeyd edək ki, Dəyanət Rzayev yanvarın 25-də axşam saatlarında Yasamal rayonu Rza Muxtarov küçəsi, 185 ünvanında yaşadığı evdə kəmərlə özünü asıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.