Ölkə

Azərbaycanlı müğənni özünə təyyarə aldı? - FOTO

24 Yanvar 2017 15:35
92 Şərh     Baxış: 50 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Zamiq Hüseynovun sosial şəbəkə hesabından dəbdəbəli həyatını əks etdirən yeni paylaşımı təqibçilərinin böyük marağına səbəb olub.

Milli.Az xəbər verir ki, Zamiq "Falcon 2000" təyyarəsində çəkdirdiyi fotosunu paylaşaraq bugünkü var-dövlətinin uşaqlıqdan çəkdiyi əziyyətin bəhrəsi olduğuna eyham vurub:

"Qarabağlı...Çoxları deyir: "Zamiq keyf edir. Varın-dövlətin içində". Siz bilirsiz bəs Zamiq nə çəkib uşaqlıqdan, hə? 11 yaşında Fizulidən gələndən metro qabağında qələm satıb ailəsini dolandıran insandır. 10 yaşından atasından bir qəpik belə almayan bir insan haqqında nece belə deyə bilirsiz? - "Zamiq keyf edir". Əgər bu gün yaxşıyamsa, o günlərin zəhməti var. Allah xalqımızı daimi uca eləsin. Zamiq bu pilləyə onların, yəni sizlərin sayəsində gəlib. Qucaq dolusu sevgilərlə, sizin Zamiq".

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.