Ölkə

Alınma sözlərin düzgün yazılışını müəyyənləşdirmək üçün qaydalar hazırlanır

18 Yanvar 2017 15:43
1 Şərh     Baxış: 1 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AMEA Dilçilik İnstitutu tərəfindən başqa dillərdən keçən sözlərin düzgün yazılışını dəqiq müəyyənləşdirmək üçün transliterasiya qaydaları hazırlanır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli "Saytların dil mənzərəsi" adlı tədbirdə deyib.

B.Məhərrəmli deyib ki, hazırda xarici dillərdə olan mürəkkəb sözlərin Azərbaycan dilində yazılışı zamanı transliterasiya qaydalarına riayət olunma baxımından ciddi qüsurlar var. Buna görə də hazırda institut tərəfindən transliterasiya qaydaları hazırlanır.

M.Məhərrəmli qeyd edib ki, transliterasiya qaydalarına da orfoqrafiya qaydaları kimi ciddi şəkildə riayət edilməlidir:

"Mübahisə doğuran sözlər daha çox alınma sözlərlə bağlıdır. Amma başqa dillərdən keçən sözlərin Azərbaycan dilində necə yazılması ilə bağlı təsdiqlənmiş standartlar yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.