Ölkə

Bakıda ilk açıq hava "disco party"si keçirilib - FOTO

9 Yanvar 2017 13:53
Baxış: 1 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avto Radio 107.7 fm" paytaxtda açıq səma altında ilk diskotekasını təşkil edib.

Milli.Az xəbər verir ki, tədbir Fəvvarələr meydanındakı "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkasının ərazisindəki səhnədə təşkil olunub. "Disco party" adlanan tədbirin əsas məqsədi aksiyaya diqqəti cəlb etmək,eləcə də paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına xoş əhval-ruhiyyə və mənəvi zövq yaşatmaqdır.

Diskotekada əsasən, 80-90-cı illərin məşhur mahnıları DJ Çina və o dövr üçün əsas müsiqi alətlərindən sayılan zərbli barabanın (udarnik) müşayəti ilə izləyicilərə təqdim olunub.

DJ Çinanın çıxışı fəvvarlər meydanına yığışın dinləyiciləri coşdurub. Tədbirə dəvət edilmiş Samirə Əfəndiyeva, Elnarə və ABD Malik də bu aksiyada öz mahnıları ilə alqışlarla qarşılanıblar.

Diskoteka zamanı təşkil edilən fləşmob də izləyicilərin böyük marağına səbəb oldu.

Təxminən 2 saat davam edən diskotekanı 2 mindən çox insan izləyib.

"Avto Radio 107.7 fm" artıq dördüncü dəfə keçirilən "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkasının əsas tərəfdaşlarından biri olduğu üçün diskotekanın da həmin yarmarkada keçirilməsi məqbul sayılıb. Diskotekanın təşkilində məqsəd cəmiyyəti bu və bunun kimi xeyriyyə aksiyalarına cəlb etmək, onları biganə qalmamağa dəvət etməkdir.

Qeyd edək ki, 2017-ci ildə ilk böyük tədbirini keçirən "Avto Radio 107.7 fm" Bakı Nəqliyyat Agentliyinin nəzdində fəaliyyət göstərir. 2016-ci ilin sentyabr ayından tamamilə yenilən "Avto Radio"nun əsas yayım istiqaməti Bakı şəhərində nəqliyyatın vəziyyəti haqqında yol hərəkəti iştirakçılarını operativ olaraq məlumatlandırmaq, sürücülərin hüquqi maariflənməsi üçün nəzərdə tutulan media məhsulları istehsal etməkdən ibarətdir. Bundan başqa, radio dinləyicilərə əsasən 80-90-cı illərin ən məşhur mahnılarını da təqdim edir.

Zərif Nisə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.