Ölkə

Ekspert: "Azərbaycan 2016-cı ildə multikultural dialoqun inkişafına böyük töhfə verib"

23 Dekabr 2016 17:43
Baxış: 1 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Azərbaycan bir çox beynəlxalq təşkilatlarda fəaliyyətinin genişləndirilməsi və multikulturalizm ideyalarının təbliğ olunması üzrə böyük işlər görüb.

Milli.Az xəbər verir ki, bu fikirləri Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti, siyasi analitik Piter Teys bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti iqtisadi yönümlü bir çox uğurlu layihə həyata keçirib.

P.Teys deyib: "Bakı sənaye və istehsalat, o cümlədən qeyri-neft sektorunun, kimya sənayesi sahəsinin inkişafı yoluna qədəm qoyub. Azərbaycan hökuməti Rusiya ilə iqtisadi və siyasi tərəfdaşlığı möhkəmləndirib. Bu il Bakı həmçinin üçtərəfli sammit çərçivəsində Rusiya və İran prezidentlərini qəbul edib".

Amerikalı ekspert onu da qeyd edib ki, 2016-cı il ərzində Azərbaycan paytaxtında BMT Sivilizasiyalar Alyansının yeddinci Qlobal forumu, Beynəlxalq Humanitar Forum kimi vacib tədbirlər, müxtəlif idman yarışları keçirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.