Ölkə

Azərbaycanda köhnə işıq və qaz tarifləri limitinin artırılması TƏKLİF EDİLDİ

2 Dekabr 2016 13:37
Baxış: 13 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

500 kilovat-saatdan az elektrik enerjisi və 3000 kubmetrdən az qaz istehlak edən vətəndaşlar üçün tarifləri əvvəlki səviyyədə saxlamaq lazımdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu parlamentdə 2017-ci il və növbəti üç il üçün dövlət büdcəsi və sosial-iqtisadi inkişaf konsepsiyasının müzakirələri zamanı millət vəkili Fəzail Ağamalı deyib.

Deputatın fikrincə, indiki həcmlər - 250 kilovat-saat və 1500 kubmetr - mərkəzi isitmə sistemlərinin mövcud olmadığı şəhər və kənd sakinləri üçün kifayət deyil.

Qeyd edək ki, noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.