Ölkə

Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub

2 Dekabr 2016 10:57
Baxış: 1 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vergilər Nazirliyində kadr dəyişikliyi olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Natiq Şirinov Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi təyin olunub. N. Şirinov bundan öncə vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. Maraqlıdır ki, sonuncu vəzifəsində mütəxəssis 1 ay qalıb.
 
Bundan başqa, Zaur Fətizadə Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi vəzifəsinə təyin olunub. Bundan öncə Z. Fətizadə Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi olub.
 
Bunadək Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi olan İlqar Əhmədov nazirin müşaviri təyin olunub. Bununla yanaşı, İ. Əhmədov əvvəlki vəzifəsini müvəqqəti icra edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.