Ölkə

Bakıda "təcili yardım" qəzaya düşüb - Xəstə ölüb, yaralı var - VİDEO

2 Dekabr 2016 09:51
9 Şərh     Baxış: 2 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda "təcili yardım" avtomobili qəzaya uğrayıb, xəstə ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində, Hövsan yolunda baş verib.

Belə ki, Suraxanı rayonu 11 saylı Təcili Yardım Stansiyasının 24 nömrəli "təcili yardım" avtomobili çağırış əsasında Hövsan qəsəbəsi Kooperativ ev 14 ünvanından kəskin mədə ağrısı ilə 61 yaşlı Əliyev Faiq Qədir oğlunu xəstəxanaya çatdırmaq istəyib. Hövsan yolunda "Azsamand" markalı avtomobil qəfildən "təcili yardım" maşınına çırpılıb.

Əraziyə digər "təcili yardım" avtomobili cəlb edilib. Lakin qəza nəticəsində yaralanan F.Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Onun yanındakı tibb bacısı isə qəza zamanı xəsarət alıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.