Ölkə

Bakıda tanınmış iş adamının ailəsində FACİƏ: toya hazırlaşan oğlu öldü - YENİLƏNİB - FOTO

1 Dekabr 2016 15:31
44 Şərh     Baxış: 25 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:31

Bakıda tanınmış iş adamının gənc oğlu qəfildən dünyasını dəyişib.

Milli.Az-ın report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində körpünün üzərində qeydə alınıb.

Belə ki, 20 yaşlı Əliyev Asim Nəriman oğlu qardaşı Şəhriyar Əliyev ilə birlikdə 10 SL 222 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə hərəkət edərkən qəfildən halı pisləşib. A.Əliyev hava almaq üçün qardaşından avtomobili saxlamasını xahiş edib. O, körpünün üzərində dayanarkən qəfildən yıxılıb. Ş.Əliyev qardaşını xəstəxanaya çatdırıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin dediyinə görə, o, infarkt keçirib.

Qeyd edək ki, A.Əliyev "Qarabağ Broyler MMC"-nin və "Şəhriyar" şadlıq sarayının sahibi Nəriman Əliyevin oğludur. Dekabrın 10-da A.Əliyevin toy məclisi olacaqmış. Onun nişanlısı yüksək vəzifəli polis əməkdaşının qızıdır.

----------

15:01

Bakıda tanınmış iş adamının gənc oğlu qəfildən dünyasını dəyişib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki körpünün üzərində qeydə alınıb.
Belə ki, 20 yaşlı Əliyev Asim Nəriman oğlu qardaşı Şəhriyar Əliyev ilə birlikdə 10 SL 222 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə hərəkət edərkən qəfildən halı pisləşib. A.Əliyev hava almaq üçün qardaşından avtomobili saxlamasını xahiş edib. O, körpünün üzərində dayanarkən qəfildən yıxılıb. Ş.Əliyev qardaşını xəstəxanaya çatdırıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin dediyinə görə o, infarkt keçirib.
Qeyd edək ki, A.Əliyev "Qarabağ Broyler MMC"nin və "Şəhriyar" şadlıq sarayının sahibi Nəriman Əliyevin oğludur. Dekabrın 10-da A.Əliyevin toy məclisi olacaqmış. Onun nişanlısı yüksək vəzifəli polis əməkdaşının qızıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.