Ölkə

ŞOK: Bacısının başını kəsən qız azadlıqda

1 Dekabr 2016 13:10
19 Şərh     Baxış: 10 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2014-cü ilin oktyabr ayında bacısının başını kəsdiyinə görə həbs olunan Şəki sakini Pərvanə Etibar qızı Nuriyeva azadlığa buraxılıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Bakının Xudu Məmmədov küçəsi 18 ünvanında kirayə yaşadıqları mənzildə 20 yaşlı bacısı Günel Nuriyevanın boğazını kəsərək öldürən Pərvanə Nuriyeva hazırda Şəki şəhərindədir. Bildirilir ki, Şəkinin imkanlı şəxslərindən hesab edilən Etibar Nuriyevin evi ciddi şəkildə qorunur, evə ailənin yaxın adamlarından savayı kimsə buraxılmır.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə bacısını qətlə yetirən qız barəsındə məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarılmış və o, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.