ANS-in tezliyinin başqasına verilməsi xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ANS TV-nin tezliyində "Günəş TV"-nin yayımlanması barədə məlumatlar həqiqəti əks etdirmir.
12:24
Bunu publika.az-a açıqlamasında "Günəş TV"nin icraçı direktoru Rəşad İsayev deyib.
R.İsayev bildirib ki, ilk uşaq telekanalı olan "Günəş TV" ölkənin şimal bölgəsində yayıma başlayıb. Bu gün də fəaliyyətini həm bölgədə, həm də peyk vasitəsilə davam etdirir: "Lakin "Günəş TV"nin ümumrespublika yayımı yoxdur. Yayılan bu məlumatların hansı məqsəd daşıdığını bilmirik".
"Teleradio İstehsalat Birliyi"ndən də Publika.az-a bildirdilər ki, hazırda ANS TV-nin tezliyində heç bir telekanal yayımlanmır.
Dövlət Radiotezliklər İdarəsi Efirə Nəzarət Şöbəsindən "102FM" radio tezliyində əvvəllər bəzi hallarda "ASAN Radio"nun siqnallarının düşdüyünü, lakin siqnal çox zəif olduğundan heç bir problem yaşatmadığını dedilər.
ANS TV-nin tezliyinə gəldikdə, şöbədən bildirdilər ki, həmin tezliyə heç zaman başqa siqnallar düşməyib və hazırda da boşdur: "24 saat tezliklər nəzarətdə olur və ANS TV-nin tezliyində başqa telekanalın yayımlanması müşahidə edilməyib".
Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədov yayımı dayandırılan ANS TV və radionun tezliyinin boş olduğunu və hələ ki, həmin tezliklər üzrə müsabiqənin elan edilmədiyini dedi.
----------
10:56
MTRŞ-nın şikayəti əsasında məhkəmənin hökmü ilə bağlanan və lisenziyası əlindən alınan ANS TV-nin tezliyində yeni telekanal yayımlanmağa başlayıb.
Milli.Az azxeber.com-a istinadən bildirir ki, artıq bir neçə gündür ki, axşam saatlarından etibarən Azərbaycan ərazisində "Günəş TV" yayımlanmağa başlayıb.
Maraqlıdır ki, "Günəş TV" ANS TV-nin tezliyində yayımlanır. Hələ ki, yalnız kinolar yayımlayan TV bu gün "Cəsus uşaqlar-2" filmini yayımlayıb.

Qeyd edək ki, ölkənin ilk uşaq kanalı olan "Günəş TV" 01 aprel 2015-ci il tarixindən şimal bölgəsində yayıma başlayıb. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən "Günəş TV"-nin yayımında şiddət, pis vərdişlər aşılayan kadrlara yer verilmir. Efirdə yalnız milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən verlişlər və filmlər yayımlanır.
Son bir neçə gündür ki, "Günəş TV" ümumrespublika yayımında və ANS TV-nin tezliyində efirə gedir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Nüşabə Ələsgərli
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
XƏBƏR LENTİ
-
“Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Nüşabə Ələsgərli
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
-
Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda iki nəfəri əqrəb sancdı
-
Azərbaycanda balıq bahalaşdı - Qiymət
-
Sabah Yasamal, Nizami və Binəqədidə işıq olmayacaq
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Sabah Hökməli–Qobu–Güzdək yolunda hərəkət tam məhdudlaşdırılacaq
-
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir
-
Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı





