Ölkə

Bu il Qafqaz Universitetinə tələbə qəbulu aparılacaq?

28 İyul 2016 11:24
3 Şərh     Baxış: 3 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il adı ətrafında müxtəlif söz-söhbətlər yaranmış Qafqaz Universitetinə də tələbə qəbulu həyata keçiriləcək.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə Qafqaz Universitetindən məlumat verilib. Məlumata görə, bu yaxınlarda Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universiteti əvvəlki qaydada tələbə qəbulu apara biləcək.

Universitetdə 29 iyul-10 avqust tarixləri arasında Qafqaz Universitetinə qəbul olmaq istəyən abituriyentlərə ödənişsiz məsləhət xidmətləri göstəriləcək. Xarici tələbələr üçün məsləhət xidmətinin son müraciət tarixi avqust ayının 30-na kimi olacaq.

BANM-ın idarəçiliynə verilməsinə baxmayaraq əvvəlki ixtisasları saxlanılan Qafqaz Universitetinə, hətta humanitar ixtisaslar üzrə də qəbul aparılacaq.

Xatırladaq ki, iyulun 20-də təsisçinin - SOCAR-ın nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi SOCAR-ın təsisçiliyi ilə yaradılıb və nəzdində Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Fransız Liseyi də fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.