Ölkə

"Həkim dedi, öləcəksən"

12 İyul 2016 11:33
1 Şərh     Baxış: 3 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhhəti ilə bağlı problemlər yaşayan xalq artisti, tanınmış aktyor Yasin Qarayev müayinə üçün İrana gedəcək. Damar kirəclənməsi xəstəliyindən əziyyət çəkən aktyor təcili əməliyyat olunmalıdır.

Milli.Az bildirir ki, bu barədə publika.az-a aktyor özü açıqlama verib:

"Bir neçə ildir ki, damar kirəclənməsi xəstəliyindən əziyyət çəkirəm. Dəfələrlə əməliyyat da olunmuşam, damarlar təmizlənib, ürəyimə stend qoyulub. Amma sağalmıram. Bir neçə dəfə İranda müayinə və müalicə olunmuşam, yenə də getməliyəm. Ayaqlarıma qan işləmir. Bu əməliyyatlar olunmasaydı, indi həyatda yox idim. Azərbaycanda da məşhur xəstəxanalarda, həkimlərin qəbulunda oldum. Bəziləri lazer əməliyyatını məsləhət görürlər. Amma bu yaxınlarda bir həkimin yanında oldum, dedi ki, bıçaq vurmaq olmaz, damar partlasa, qanaxmadan öləcəksən. Soyuq havaları gözləyirəm. Yəqin ki, əməliyyat mütləqdir, çünki başqa çıxış yolum da yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.