Ölkə

Uşaqlara müasir cırtdanlar lazımdır...

22 Fevral 2016 21:42
14 Şərh     Baxış: 3 751

Bu gün valideynlər paytaxtda, bölgələrdə uşaqları üçün onların yaşına və zövqünə uyğun Azərbaycan dilində kitablar tapmaqda çətinlik çəkirlər. Çünki belə kitablar, həqiqətən də, çox azdır və tələbatı ödəmir. Uşaq kitablarının əksəriyyəti ya rus dilindədir, ya çox keyfiyyətsizdir, ya da maraqsızdır. Belə kitablarda uşaqların yaşına uyğun olmayan, onların anlaya bilməyəcəyi sözlər və məqamlar çox, şəkillər və illüstriasiyalar isə az və ya keyfiyyətsiz olur.

Valideyn Aynur Əlizadə: "İndidən 2 yaşlı qızımı kitaba öyrəşdirmək üçün ona uyğun kitab axtarıram. Amma, təəssüf ki, tapa bilmirəm. Kitabların çoxu 3-4 yaşlarından yuxarı uşaqlar üçündür".

Valideyn Elnur Hüseynov: "Oğlumun 4 yaşı var. Ona Azərbaycana aid şəkilli, öz dilimizdə olan nağıllar kitabı axtarıram, yoxdur. Hamısı rus dilindədir".

Mütəxəssislər hesab edirlər ki, bu sahədə ölkədə son illər müəyyən işlər görülsə də, hələ də ciddi çatışmazlıq var. Uşaqlarda kitaba qarşı alışqanlıq yaranmasa, onda təhsilə də maraq olmayacaq. Bunun üçün isə, ilk növbədə, uşaqların zövqünə və yaşına uyğun, keyfiyyətli, eyni zamanda, öz dilimizdə tariximizi, mədəniyyətimizi, əxlaqımızı təbliğ edən kitablar olmalıdır.

Bununla bağlı son zamanlar beynəlxalq təcrübəyə malik olan əcnəbiləri cəlb etməklə müəyyən uğurlar qazanan TEAS Press-in "3 alma" uşaq ədəbiyyatı bölməsinin rəhbəri, kitabxanaçı xanım Kolin Makdonel Milli.Az-a bildirib ki, kitablar mütləq yaş hədlərinə görə bölünməlidir. Məhz bundan sonra kitabın içinin mükəmməliyindən danışmaq olar. Bundan başqa, onlar bir sıra digər tələblərə cavab verməlidir:

"Uşaq kitabları üçün yaş həddi iki yaşından başlayır. Onlar üçün kitabların kənarı dairəvi, vərəqləri qalın olmalıdır. Çünki körpə kitabı əlindən sala bilər və kitabın cildinin tini iti olsa, bu zaman onun ayağını əzə bilər.

Bundan əlavə, uşaqlar adətən adi kitabların vərəqlərini cırıb qoparmağı xoşlayırlar, amma vərəqlər qalın olanda onu cıra bilmirlər. Ola bilsin uşaq kitabı yazmaq istəsin, lakin belə vərəqləri yazmaq da olmur.

Aşağı yaşlı uşaqlar üçün nəzərdə tutulan kitablarda sözlərdən çox şəkillərdən istifadə edilməlidir. Bu, uşaqların təxəyyülünü inkişaf etdirmək üçün çox vacibdir. Yaş həddi artdıqca isə kitabdakı sözlər çoxalmalı, şəkillər isə balacalaşmalıdır.

Uşaq kitablarında yazıların ölçüləri də böyük olmalıdır. Rəng seçimində də diqqətli olmaq lazımdır. Şəkillər gözü yoran, çox qabarıq rənglərlə verilməməlidir. Bundan əlavə, rəng seçimində xüsusilə gözü zəif uşaqlar nəzərə alınmalıdır. Eyni zamanda, kitablardan qoxu gəlməməlidir, çünki bu, allergik reaksiyası olan uşaqlara pis təsir edə bilər".

Layihənin təhsil üzrə məsləhətçisi Aysel Zahidqızı isə Milli.Az-a deyib ki, Azərbaycanda uşaq ədəbiyyatının ən böyük problemlərindən biri yazılan əsərlərdə və kitablarda uşaqların marağının nəzərə alınmamasıdır: "Bu məsələdə mütləq uşaqların maraqları nəzərə alınmalıdır. Məsələn, biz uşaqlara necə kitab lazım olduğunu bilmək üçün onlarla tez-tez görüşlər keçirir, təəssüratlarını öyrənirik, kitabları çap etməmişdən əvvəl onları uşaqlara oxuyuruq. Sovet dövründə çıxan uşaq kitablarında daha çox sözə üstünlük verirdilər, şəkillər isə çox az olurdu. İndi isə müasir standartlar uşaq kitablarında bolluca şəkillərin olmasını tələb edir. Çünki belə olduqda uşaqlar kitaba daha çox maraq göstərir.

Uşaq kitablarının xarici dillərdən tərcüməsi də çox məsuliyyətli işdir. Onların mətnləri asan, anlaşılan dildə, uzun, yorucu cümlələrlə olmamalıdır. Redaktə zamanı uşaqların başa düşə bilmədiyi sözlər və cümlələr sadələşdirilməlidir".

A.Zahidqızı uşaqlar üçün yeni əsərlərin yazılmaması və çap edilməməsi məsələsinə də toxunub: "Biz çox istəyirik ki, yerli müəllifləri cəlb edərək onların əsərlərini çap edək. Hətta uğur qazanarsa, onları xarici dillərə də çevirə bilərik. Bizdə uşaqlar üçün yazanlar az deyil. Amma bizim əksər yazıçıların yazdıqları beynəlxalq standartlara cavab vermir, ancaq heyvanlardan - tülkü, dovşan, canavardan yazırlar. Axı uşaq ədəbiyyatı təkcə heyvan personajlarından ibarət deyil. Kitab qəhrəmanlarının arasında adi insanlar da olmalıdır, hətta yeri gələndə həmin qəhrəmanlar fiziki qüsurlu və sair də olmalıdır. Biz istəyirik ki, müasir yazarlar yalnız hamımızın bildiyi Cırtdandan yazmasınlar. Yazarlar müasir dövrə uyğun yeni cırtdanlar yaratmalıdır, amma onlar meşədə yox, şəhərdə, kənddə yaşamalı, dostu ilə görüşüb məktəbə getməli, oynamalıdır. Onlar çətinliklərin öhdəsindən gəlməyi öyrənməlidir, amma divlərin gözünü çıxarmamalıdırlar. Yəni hadisələr real həyatdan götürülməldir. Biz uşaqları reallığa alışdırmalıyıq. Belə olduqda uşaq kitabı oxuduqdan sonra özü üçün lazım olan müəyyən suallara cavab tapa bilər və bu, onda kitaba olan marağı daha da artırar".

İlkin İzzət
Milli.Az

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    insan · 22 Fevral 2016 21:5300

    eziz Aysel, sene ugurlar,,, arada imkan tapib Bakidaki butun ecnebi kitab merkezlerine bir yoluvu sal, oralarda usaq kitablari coxdur ve bu layihede o numuneler xeyli komeklik edecekdir, bundan eminem...o ki qaldi Azerbaycan dilinde kitab yoxdue deyenlere, var, amma keyfiyyet rusdaki keyfiyyet kimi yuksek deyil...ruslarda asaqi yas ucun kotablar qalin olur ki veregler korlanmasin, bizimkiler ise sanki qenaet edirmis kimi nazik ve solqun cox vaxt

    Cavab yaz
    • Anonim
      PatrioT · 22 Fevral 2016 22:2100

      Insan,like eledim

      Cavab yaz
  • Anonim
    Legenda · 22 Fevral 2016 22:3300

    2 yaş oğluma uyğun kitab tapa bilmirəm. Rəqəmləri və sayları öyrədən kitab almışam amma maraq göstərmir

    Cavab yaz
    • Anonim
      insan · 22 Fevral 2016 22:4300

      Legenda xanim, bizde usaqlarin babasi alir kitablari, hem rus, hem azerbaycan dillerinde, mentiq de var, say ve herfler de var, muxtelif fiqurlar ve heyvanlar vasitesile oyredilir. 2.5 liq usaq mende artig her iki dilde 20 ye kimi saymaqi mehz o kitablarla oyretmisem...yeni el verir...maraglansaz nesriyyat ve kitab adini deye bilerem

      Cavab yaz
      • Anonim
        Legenda · 22 Fevral 2016 23:0100

        İnsan xanım zəhmət deyilsə deyin. Məni çox narahat edir, istəyirəm uşaq kitabı sevsin. Məndə kitab xəstəliyi var, kitabları övladım kimi görürəm oğlumda elə olsun istəyirəm.

        Cavab yaz
      • Anonim
        Legenda · 22 Fevral 2016 23:0400

        2 yaş yarımda mənim uşaqdır o da saymaq, şerlər öyrətmişəm amma ya şifahi ya da youtube-dan öyrənir kirabla yox.

        Cavab yaz
        • Anonim
          insan · 22 Fevral 2016 23:1100

          yazaram size, bugun olmasa da mutleg sabah yazacam

          Cavab yaz
          • Anonim
            Legenda · 22 Fevral 2016 23:1600

            Gözləyəcəm. Yazarsınız İnşəAllah

            Cavab yaz
            • Anonim
              insan · 23 Fevral 2016 10:0000

              salam, hamiya. Legenda xanim, dediyim kitablar, Sherg-Qerb nesriyyatina mexsusdur. kitablarin uz qabiginda esasen yasil ve sari renglere ustunluk verilib, alarken tapa bilesiz deye qeyd edirem bunu. Adlari, sekilli elifba, reqemler, anlayislar ve rengler. Bir ds eger rusdilli kitablara istifade edirsinizse Prof-Press nesriyyatinin kitablari meslehetdir. hem keyfiyyet, hem terkib baximdan. Bizim kitablari alanda nazik uz olanda evde onu enli skochla butun uzune cekseniz, bir de her sehifeni ayriligda kenarlarini skoclasaniz uzunmuddet qoruya bilersiniz, melum meseledir ki, usaglar kitabla duzgun reftar ede bilmir ve bu yolla hem usag kitabi qorumag lazim oldugunu anlayacag, hem de kitabi iller erzinde seligeli saxlaya bileceksiniz.

            • Anonim
              insan · 23 Fevral 2016 10:3300

              Milli.az , cox xahis edirem, kitabla bagli seher yazdigim serhi veresiniz

            • Anonim
              Legenda · 23 Fevral 2016 11:4500

              İnsan xanım çox təşəkkür edirəm, sizədə əziyyət verdim. Şərq-qərb nəşriyyatından 3 kitab almışam "şəkilli əlifba"kitabını almışam; birində kitab kimidir heyvanlarla hərfləri öyrədir digər 2-si loto kartları kimidir birində hərflərdir, digərində rəqəmlər. Amma heyvanları öyrəndu hərflərə rəqəmlərə maraq göstərmir. Diyirəm 1 bayraq, say 2 taktor. 10-na qədər sayır hamısında:)

  • Anonim
    tt · 22 Fevral 2016 23:0500

    Bizim nagillara baxsaq hec biri terbiyevi deyil.Melikmemmedin naglini oxuyan usaq qardasini nece sevsin.Cirtdani oxuyan usaq nece qorxaq olmasin.?Men usaq vaxti ele bilirdim div var qorxurdum.

    Cavab yaz
    • Anonim
      insan · 22 Fevral 2016 23:1000

      tt xanim, o baxir artig sizin ferasetinize, siz nagilin hansi nuansini usaginiza nece catdiracagsiniz...menimkiler meselen cirtdana deyirler ki, tulku kimi hiylegerdir, melikmemmedi ise gardaslarinin pis islerini mutleg deyil siz 2-3 yasli usaga ayrintilari ile danisasiniz...onsuz da boyuyub mekteb vaxti onlari tekrar tekrar oxuyacag ve o zaman anladiginda onda detallarina kimi isah etmek olar

      Cavab yaz
      • Anonim
        insana · 23 Fevral 2016 08:0800

        Siz lap atam kimi danisdiz.her seycun deyirki onsuzda boyuyende bilecekde

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.