Ölkə

Hacıqabulda vulkan püskürüb, alov 20 metrədək qalxıb - YENİLƏNİB - VİDEO - FOTO

26 Yanvar 2016 14:21
0 Şərh     Baxış: 4 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:17

Azərbaycanın Hacıqabul rayonunda püskürən vulkanla bağlı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri tərəfindən araşdırma aparılacaq.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, ilkin məlumatda Axtarma Paşalı vulkanının püskürdüyü bildirilsə də, onun yanındakı vulkan da püskürə bilər.

A.Əliyev qeyd edib ki, Axtarma Paşalı vulkanı 1-2 il bundan əvvəl püskürmüşdü. Onun yanındakı vulkan isə 15 ildir ki, püskürmür.

Qeyd edək ki, püskürmə ötən gecə saat 03.00 radələrində qeydə alınıb və səhər saatlarına qədər davam edib. Vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir. Odla müşayiət olunan vulkan 30-35 metr hündürlüyə qədər qalxıb, ətraf ərazilərdən aydın müşahidə olunub.

X X X

Haçıqabul rayon icra başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanov Trend-ə bildirib ki, vulkan püskürməsi Axtarma Paşalıda deyil, şimal tərəfdə yerləşən başqa bir vulkanda baş verib.

Onun sözlərinə görə, Haçıqabulun birinci Udulu kəndi ərazisindəki Kalaməddin dağında qeydə alınan vulkandakı ilk işartılar gecə saat 4 radələrində başlayıb. Vulkanda əsas partlayış isə səhər saat 7.30-da baş verib. Püskürmə zamanı alov 20 metrədək qalxıb. Vulkanın püskürdüyü ərazi 200 kvadrat metri əhatə edir. Hazırda vulkanda püskürmə davam edir, lakin proseslər zəifləyib.

S.Aslanov püskürən vulkanın 15-20 il bundan əvvəl püskürdüyünü də açıqlayıb. O, vulkanın lap yaxınlığında yaşayış məntəqələrinin olmadığını, bu baxımdan insanlar üçün təhlükə yaranmadığını da qeyd edib.

---------

09:00

Hacıqabulda vulkan püskürməsi hadisəsi baş verib.

Milli.Az bildirir ki, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanovun Report-a verdiyi məlumata görə, vulkan püskürməsi rayon mərkəzindən 20 km aralıda, Udulu kəndi ərazisindəki Kalaməddin dağında qeydə alınıb.

200 kvadratmetr ərazini əhatə edən vulkan püskürməsinin hündürlüyü təxminən 20 metr olub. Hazırda vulkan püskürməsi hələ də davam edir. 

Milli.Az

----------------

14:21 

Videonu izləmək üçün şəklə klikləyin:
Hacıqabulda vulkan püskürüb, alov 20 metrədək qalxıb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.