Ölkə

İtkin düşmüş neftçilərin axtarışları gücləndirildi - YENİLƏNİB

10 Dekabr 2015 12:53
10 Şərh     Baxış: 4 178

12:53

SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.

Bu barədə APA-ya SOCAR-ın "Azneft" İstehsalat Birliyindən məlumat verilib.

Qeyd edilib ki, axtarışların miqyası genişləndirilib: "Belə ki, Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi və 2 helikopteri axtarışları davam etdirir. Təəssüf ki, axtarışlar hələlik heç bir nəticə verməyib".

Əlavə olaraq bildirilib ki, yanğını söndürmək hələ də mümkün olmayıb. "Yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur", - deyə İB rəsmisi qeyd edib.

----------

11:18

Bu gün səhər saatlarından başlayaraq "Günəşli" yatağında baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin axtarışları yenidən davam etdirlib. Belə ki, dünən axşam saatlarında əleverişsiz hava şəraiti ilə bağlı axtarışlar dayandırılmışdı. Bu gün bərpa olunan axtarışlara əlavə texniki qüvvə cəlb olunub.

Xüsusi qərargahdan Trend-ə verilən məlumata görə, itkin düşmüş neftçilərin axtarışlarına FHN-in əlavə helikoperleri, eləcə DSX gəmiləri cəlb olunub.

Qəza baş vermiş platformada isə yanğın hələ də davam edir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Nazmiyya · 10 Dekabr 2015 11:5900

    ALLAH axtaris aparan butun ekipe , dalgiclarimiza yardimci olsun, itkinlerimizi tapib ailelerine , balalarina tehfil versineler ne qeder gozu yasli insan var umidlerini size baglayiblar

    Cavab yaz
  • Anonim
    Musviq · 10 Dekabr 2015 12:5900

    ALLAH ozu komey olsun

    Cavab yaz
  • Anonim
    Vətəndaş · 10 Dekabr 2015 13:0000

    Ey Milli.Az! Məlumatınıza düzəliş edin. 04.12.2015-ci il tarixdə qasırğalı küləyin törətdiyi fəsad nəticəsində Xəzər dənizində itgin düşən neftçilərin sayı 23 yox,26-dır. 23-ü Günəşli yatağının 10-cu özülünə, 3-ü isə Neft Daşlarının 501-ci özülünə aiddir.

    Cavab yaz
  • Anonim
    tanya · 10 Dekabr 2015 13:0700

    helikopter her defe havaya qalxanda ne qeder allahi caqiririq neftciler tapilsin

    Cavab yaz
  • Anonim
    xəyalə · 10 Dekabr 2015 13:3600

    Allahım bir möcüzə eləsin bütün iykinlər sağ salamat qayıtsınlar evlərinə.Amin.

    Cavab yaz
    • Anonim
      sade · 10 Dekabr 2015 17:2500

      bugun menim ad gunumdu.inaninki hec kime bildirmedimki adgunumdu çunki üreyim qan aglayir heç şenlenmek şadlanmag gelmir içimnen.Allah möcüze yaratsin itkinler sag tapilsin

      Cavab yaz
  • Anonim
    Vegasiz heyat · 10 Dekabr 2015 15:0900

    Bir mocuze olsun allshim

    Cavab yaz
  • Anonim
    Anonim · 10 Dekabr 2015 16:0600

    Allah Rehmet Elesin! Allah sebr versin! O cur fovqalade hadiselerde hemin neft quyularin yaninda partlayislarda bas verecek hadiselerde siginacaq ve ya bunker kimi yerler movcud olmali idi. Heyif ki bele hadiseler ucun hec bir tedbir gorulmur.

    Cavab yaz
  • Anonim
    Huseyn. · 10 Dekabr 2015 16:3500

    Allah yiyelerine sebr versin.bizimkiler hele yolka qurmaqla meşquldular

    Cavab yaz
  • Anonim
    sade · 10 Dekabr 2015 17:2600

    axşam hem saytlar hemdeki ans-de deyildiki Qazaxistanla serhedde itkinlerin meyiti tapilib.bes indi ohaqda niye melumat verilmirki bilek dogrudur ya yox

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.