Ölkə

Deputat: "Döyə-döyə, cərimə ilə şagird oxutdurmazlar"

3 Dekabr 2015 12:25
13 Şərh     Baxış: 2 113

Xəbər verdiyimiz kimi, dünən Milli Məclisdə Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin valideynlərinin cərimə olunması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə görə, şagird tərəfindən 1 ay ərzində 7 gündən çox dərs buraxılmasına görə valideynə 100 manat miqdarında cərimə tətbiq edilir.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ağacan Abıyev sözügedən qanun layihəsini sərt tənqid edib.

AzNews.az-a açıqlama verən deputat təhsilin cərimə ilə idarə olunmasının yalnış addım olduğunu bildirib:

"Dünya təcrübəsində belə şey olmayıb. 60 ildir ki, təhsil sahəsində fəaliyyət göstərirəm, amma bu barədə eşitməmişəm. Təhsil sistemi hara, cərimə hara? Cərimə ilə təhsil sistemini yaxşılaşdırmaq olmaz. Bunun üçün başqa çarə tapmaq lazımdır".

A.Abıyev qeyd edib ki, şagird üzrsüz səbəbə görə dərs buraxırsa, dərslərdə iştirak etmirsə, demək ki, oxumaq istəmir: "Şagird oxumaq istəmirsə, onu məcbur etmək olmaz. Özümüz də azad ölkədə yaşayırıq. Kim nə istəyir, onu da edir. Oxumaq istəmirsə, oxumasın, nə edək? Niyə onu güclə oxutdurursunuz? Bizə fəhlə lazım deyil? Hamı oxumaz ki. Oxumaq istəmirsə, niyə onu cərimə edirsiniz? Cərimə ilə oxuyan şagird gələcəkdə kim olacaq? Onu döyə-döyə oxutdurursansa, ondan hansı nəticə əldə etmək olar? Kölədən alim olarmı!?"

Deputat vurğulayıb ki, sabah Milli Məclisin plenar iclasında bununla bağlı məsələ qaldıracaq: "Sabah bununla bağlı Milli Məclisdə məsələ qaldırıb sözümü deyəcəyəm. Döyə-döyə, cərimə ilə şagird oxutdurmazlar. Bu, sadəcə gülməlidir".

Qeyd edək ki, təhsil eksperti Əjdər Ağayev də bu qanun layihəsini qəti şəkildə pisləyib. "Təhsilşünaslıqda, pedaqogika elmində cəzalandırma və rəğbətləndirmə tələbləri var. Dediyiniz təklif irəli sürülərkən bu tələblər nəzərə alınmayıb. Bu məsələyə görə məsuliyyət məktəbin və məktəbə nəzarət etməli olan qurumların üzərinə düşür. Əgər məktəb təlim-tədris işini normal qursa, tərbiyəvi tədbirlər keçirsə, maraqlı olsa, şagird qarşısına qoyduğu hədəfə nail olmaq üçün istədiyini məktəbdən alsa məktəbdən yayınarmı? Yayınmaz. Bu məsələdə günahkar olan tədris işini təşkil edən şəxslərdir", - deyə ekspert etiraz edib.

Xatırladaq ki, Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin valideynlərinə cərimə tətbiq olunması ilə bağlı məsələ dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.

Milli.Az

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    valideyin · 3 Dekabr 2015 12:3400

    Men deyimde sagird niye ders oxumur.mektebe getmek isdemir.cunku ders maraqli kecmir.siniflere kamere qoyulsa sagirdlerin kicik bir sozun hereketin muellim terefinden nece boyudulub tehqir olunfugun gorersiz.kicik yasda dozur sagird.amma yeni yetme vaxti dozmur muellimin savadsizlugina.laqeyidliyine kobudluguna.bax buna gore sagirdler dersden yayinir.

    Cavab yaz
    • Anonim
      Valideyn · 3 Dekabr 2015 13:2200

      Sizinle razıyam müellimler mektebde ele bil evlerindeki problemlerin heyfin çıxırlar

      Cavab yaz
  • Anonim
    Nik najat Sudabe · 3 Dekabr 2015 12:3500

    Hormetli Agacan muellim bir muellim kimi fikirlerinizi alqislayiram

    Cavab yaz
  • Anonim
    Nik najat Sudabe · 3 Dekabr 2015 12:3800

    Hormetli Agacan muellim fikirlerinizi alqislayiram

    Cavab yaz
    • Anonim
      Kemale · 3 Dekabr 2015 12:5700

      Düzgün ders kecmirler uşaqları cox yorurlar iş defterleri tqdk cıxandan heves qalmayıb

      Cavab yaz
  • Anonim
    Muəllim · 3 Dekabr 2015 12:4100

    Ağacan müəllim.sizinlə razılaşmamaq olmaz.Ölkədə təhsili biznesə çevirənlərlə mübarizə aparmaq təhsilə töhfə verə bilər.Məktəb dərs prosesiə ciddi yanaşmalı, müəllimlərin məsuliyyətini arırmalı.şagirdlərin valideyinləri ilə sıxı təmasda olmalıdır. Təhsil səviyyəsinə, dərsliklərə diqqət edilməli, repititor praktikasından əl çəkib, məktəblərdə şagirdlərin mükəmməl təhsil ala bilməsini təmin etmək lazımdır. Heyif Sovet təhsil sistemi ! Nazirliklərə, təhsil şöbələrinə professionallar , təcrübəli mütəxəssislər və məsuliyyət anlayan şəxslər təyin olunmalıdır.Dərsliklər uşaqların yaçına, qavrama qabiliyyətinə uyğun tərtib edilməlidir. Bəzən dərsliklərdə elə məsəl,misallar yer alır ki, hətta müəllimlər həll edə bilmir. Bunda məqsəd nədir ?Məktəb yol polisi deyil !

    Cavab yaz
  • Anonim
    konullu · 3 Dekabr 2015 13:0700

    Bizim mektebde bir muellimemiz var.5ci sinifi goturende.uwaqlara iylenmiw sicanlar ne bilim neler deyirdi.ona valideynler oz aramizda ele ders verdik ki.dilini ozune cekdi.qaldi ki ders buraxmaq meselesi.xeste olanda onsuz da arayiw getiririk.....bu idealarin hamisi bow bekarciliqdandir. Pulsuz idman derneyi yaradin gorum.yaradirsiz.ne bilim.ne ise.iwlerini allah bilsin.

    Cavab yaz
  • Anonim
    Leonar · 3 Dekabr 2015 13:0800

    Insanlarda onsuzda pul yoxduki ovladina istediyi geyin sumka ders levazimatlari tam olaraq alsin cunki aile budceleri buna yetmir ustelik bele bir qanun muzakireye cixarilmagi qetiyyen yaxsi hal deyil.Valideynler varki onlarin ele ayliq geliri 300manatdi bu valideyn bu pulla uwaqa baxsun eynin alsin evi dolandirsin kamunalin odesin toya gedsin yasa gedsin ve s.Bu duzgun addim deyil.En tessuuf oduki bele bir addim tehsilde atilmasi muzakireye cixarilir.Gelin biraz kasib insanlarin prizmasindan baxaq bu mesleeye sonra qerari muzakire edek.

    Cavab yaz
  • Anonim
    Vətəndaş · 3 Dekabr 2015 13:3800

    "Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək." --- Xox gəlirlər!? Oxumuram əl çəkin! Burda da pullu, xaricdə də pullu, ЗА ТО НОРМАЛЬНОЕ ЗНАНИЕ, без дополнительных взяток в период учебы. SOS.... Dərsliklər, tədris özü zəif, yox dərəcəsində, test imtahanları üçün robot hazırlayırlar. Müəllim tutmasalar bir çox məktəblərdə bilik səviyyəsi, "0" olar.

    Cavab yaz
  • Anonim
    Vətəndaş · 3 Dekabr 2015 13:4600

    Milli məclisdə, bu məsələ geniş araşdırılsa bəlkə faydası olar! Kimsə, hər məhsulun qiymətlərini artırmaqla, Tarif şurası qiymətləri ancaq artırır.Göstəriş olduğu üçün ancaq dərmanların qiymətləri azaldılıb. Tədrisdə də cərimə, yol qaydaları cərimə , sürücülük tədrisi yox, vəsiqə çox?! Hər birimiz hmısını bilirik, ancaq göstəriş gözləyirik.

    Cavab yaz
  • Anonim
    konullu · 3 Dekabr 2015 14:4600

    Goresen cerime banka.asan xidmete.yoxsa bu ideani verene odenilecek.ya da mektebin supurgepulu ehtiyacini odeyecekler.

    Cavab yaz
    • Anonim
      realist · 3 Dekabr 2015 17:2200

      Drektorlara yeni qazanc yeri

      Cavab yaz
  • Anonim
    nara · 3 Dekabr 2015 18:4700

    muellim siz cox duz deyirsiz hec kimi zorla oxutmaq olmaz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.