Ölkə

Yenilik: Magistraturaya qəbul iki istiqamətə bölünəcək

27 Noyabr 2015 10:43
4 Şərh     Baxış: 2 216

Azərbaycanda "Təhsil haqqında" qanuna dəyişiklik edildikdən sonra ali təhsilin magistratura səviyyəsində kadr hazırlığının iki istiqamətdə aparılması nəzərdə tutulur.

Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov Trend-ə bildirib ki, hazırda Avropa təcrübəsinə müvafiq olaraq, magistratura səviyyəsinin ixtisas və ya elmi-ixtisas (tədqiqat) istiqamətlərində təşkili üzrə işlər aparılır.

Nazirlik rəsmisinin sözlərinə görə, artıq qanunvericiliyə bununla bağlı dəyişikliklərin edilməsi üçün müvafiq orqanlara müraciət hazırlanıb: "Həmin müraciət qəbul olunduğu halda, biz magistraturanı iki istiqamətə ayıracağıq. Gələcəkdə həm ixtisas, həm də tədqiqat magistraturası olacaq".

N.İbrahimov qeyd edib ki, tədqiqat magistraturasında oxuyanlara öz ixtisasları üzrə sırf nəzəri biliklər veriləcək, onlar sırf nəzəriyyəçi olacaqlar. İxtisas üzrə magistratura təhsili alanlara isə öz ixtisası üzrə praktiki biliklər veriləcək: "İxtisas magistraturasında təhsil alanlar üçün təhsil müddəti bir il nəzərdə tutulur. Onlar ixtisas üzrə magistr dərəcəsi alacaq, yalnız ixtisas üzrə mütəxəssis olacaqlar. Həmin şəxslərin doktoranturaya sənəd verməsinə icazə verilməyəcək, onlar magistr dərəcəsi ilə peşə fəaliyyətlərini davam etdirəcəklər. İkinci istiqamət üzrə təhsil alanlar isə tədqiqatçı olacaqlar. Onlar magistr dissertasiyasını müdafiə edəcək və sonra tədqiqatla məşğul olacaqlar".

Nazirlik rəsmisinin sözlərinə görə, bir şəxsin eyni zamanda iki istiqamət üzrə təhsil alması mümkün olmayacaq. Amma hər iki istiqamət üzrə təhsil almaq istəyənlər ayrı-ayrı vaxtlarda təhsil alaraq hər iki istiqamət üzrə müvafiq diplom ala biləcəklər.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    casper · 27 Noyabr 2015 10:4600

    4 hisseye bolseler yaxshi olar

    Cavab yaz
  • Anonim
    casper · 27 Noyabr 2015 10:4600

    :)

    Cavab yaz
  • Anonim
    Qərarsız · 27 Noyabr 2015 11:1800

    Bəs magistaturaya qəbul imtahanı necə olacaq? dəyişiklik olacaq?

    Cavab yaz
  • Anonim
    bakili · 27 Noyabr 2015 11:2200

    Bunlar ne etdiylerini qoresen ozleri bawa duwur?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.