Ölkə

YENİLİK - Azərbaycanda gizli yol patrulları yaradılır

25 Noyabr 2015 12:53
27 Şərh     Baxış: 11 354

Bir çox ölkələrdə polislər gizli xidmət növlərini həyata keçirirlər. Rusiyada isə bu ilin noyabrın 12-dən etibarən paytaxt Moskvada gizli yol patrulları xidməti fəaliyyətə başlayıb. 2016-cı ilin yanvarın 1-dən isə bu patrullar bütün Rusiya ərazisində xidmət edəcəklər. Belə yol patrulları heç bir müəyyənedici rəng qrafikası və ya üstündə yazısı olmayan avtomobillərdə xidmət aparırlar. Həmin avtomobillər videoqeydiyyat və sürətölçən cihazlarla təchiz edilib. Yəni daha sonra sürücülərə onların qayda pozuntusunu konkret faktlarla rahat sübut etmək olur.
 

Rusiya DİN bildirib ki, bu cür xidmət ilk növbədə yollarda yüksək sürətlə hərəkət edərək aşkarlanmaq istəməyən sürücülərin yollarda təhlükə yaratmalarının qarşısını alacaq. Belə hallarda sürücülərin bir-birinə məlum uzaqvuran işıqları qırparaq qarşıda yol patrul avtomobilinin olması barədə xəbər vermələrinin heç bir xeyri olmayacaq. Çünki həmin avtomobil istənilən an onun arxasında və ya yanında gedən avtomobilin özü ola bilər. Rusiya DİN hesab edir ki, sürücülər üzərlərində daim nəzarət hiss etsələr, daha məsuliyyətli olacaq, qaydaları pozmağa daha az həvəsli olacaqlar.

Yaxın zamanlarda Azərbaycanda da yol polisində belə bir gizli xidmət tətbiq ediləcək. Bu barədə Milli.Az-a açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib:

"Artıq bizdə də qarışıq və gizli xidmətin tətbiqi ilə bağlı iş aparılır. Bu məqsədlə yaxın vaxtlarda əlavə nəqliyyat vasitələri gətiriləcək. Yəni sürücülər bundan sonra yollarımızda xüsusi rəng qrafikası və üzərində yazısı olmayan patrul avtomobillərini görəndə təəccüblənməsinlər. Azərbaycanda yollarda stasionar postlar, kamera və radarlar var və bunu bildirən müvafiq xəbərdaredici nişanlar quraşdırılıb. Sürücülər onları görəndə avtomobili daha normal və aşağı sürətlə, amma oranı ötüb keçən kimi yenidən yüksək sürətlə idarə edir, bəzən isə "şaşkivari" manevrlərlə, yəni yolda tez-tez sağa-sola keçərək digərlərinin hərəkətinə maneçilik törədirlər. Ona görə də hesab edirik ki, bizdə də bu xidmət növlərindən istifadə olunmalıdır".



Şöbə rəisinin sözlərinə görə, belə xidmət formasının qanuni əsasları da var: "Azərbaycanda "Yol-Patrul Xidməti haqqında Təlimat"ın 3-cü (Yol-patrul xidmətinin aparılması) maddəsinə əsasən, yol-patrul xidməti gizli formada da aparıla bilər. Təlimatda həmçinin qeyd edilir ki, əməliyyat-xidməti nəqliyyat vasitələrilə aparılan nəzarət aşkar, gizli və qarışıq olmaqla üç növə bölünür. Hərəkətə aşkar nəzarət zamanı müfəttiş müəyyən olunmuş geyim formasında olmalı, dövlət standartına uyğun rəng qrafikasına malik avtomobildə və ya motosikletdə xidmət aparmalı, hərəkət iştirakçılarına yaxşı görünən yerdə durmalıdır. Gizli nəzarət xüsusi rəng qrafikası olmayan əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə olan müfəttişlər tərəfindən, əsasən günün işıqlı vaxtında aparılır (qaranlıq vaxtı gizli nəzarət yalnız süni və kifayət qədər yaxşı işıqlandırılan yol sahələrində aparılır). Bu zaman aşkar olunan qayda pozuntuları barədə müfəttiş raport tərtib edir. Tərtib olunmuş raportlar nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə uçota alındığı ərazinin DYP orqanına göndərilir. Qarışıq nəzarət xüsusi rəng qrafikası olan və olmayan (iki) əməliyyat-xidməti nəqliyyat vasitəsindən istifadə olunmaqla polis geyim formasında olan müfəttişlər tərəfindən aparılır. Hər iki nəqliyyat vasitəsinin heyətləri bir-birilə radiorabitə əlaqəsi saxlayaraq aşkar etdikləri qayda pozuntuları barədə məlumat verir və müvafiq tədbir görürlər.

Gizli nəzarət vaxtı xüsusi rəng qrafikası olmayan əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə olan müfəttişlər radiocihazlarla təchiz olunur və onlar hər hansı qayda pozuntusu, avtoxuliqanlıq və ya yolda kiminsə hərəkətə maneçilk törətdiyini aşkar etdikdə, digər patrul avtomobillərinə xəbər verir və qaydanı pozan sürücü YPX avtmobilləri və ya qarşıdakı stasionar postda saxlanılıb barələrində müvafiq tədbir görülür".

İlkin İzzət

Milli.Az

loading...

Şərh yaz:

27 Şərh:

  • Anonim
    Hafiz · 25 Noyabr 2015 13:3400

    Polisler pensiya cixmacaglar onlarda duwecek

    Cavab yaz
    • Anonim
      surucu · 25 Noyabr 2015 19:4000

      Qaqa bele weyler polislere, vezifelilere ve onlarin qohumlarina wamil edilmir.

      Cavab yaz
  • Anonim
    TT · 25 Noyabr 2015 13:3500

    Cox yaxshi fikirdi. Hami qaydaya riayet etsin.

    Cavab yaz
  • Anonim
    Faiq · 25 Noyabr 2015 13:3900

    Yaman yaxşı fikirə düşmüsüz .İndida reketlər yollarda maşınları saxladıb deyacaklar ki polisiy qayda pozmusuz pul verin.

    Cavab yaz
  • Anonim
    Fuad · 25 Noyabr 2015 13:4600

    şaşkivariyə görə bir briqada yaradılacaq))))))))))))))))))

    Cavab yaz
  • Anonim
    Nusret · 25 Noyabr 2015 13:4700

    Ela!!!!!!

    Cavab yaz
  • Anonim
    Anonim · 25 Noyabr 2015 14:0100

    Balaca seherde bu qeder qayi olmaz hec harda bela sey yoxdu bizim qayilar texmini seherde masinlar qederdi

    Cavab yaz
  • Anonim
    sürücü · 25 Noyabr 2015 14:0600

    Bəs yollarda qurulan radarlar bu işi görmür? Ondan başqa xeyli sayda DYP avtomobilləri yollarda nəzarət edir.Bunlar kifayət emir?Milləti nə qədər nəzarətdə və məhdudiyyətdə saxlamaq olar ?

    Cavab yaz
  • Anonim
    Molla · 25 Noyabr 2015 14:2000

    iw yaratmaq lazimdi bele gic gic mentiqsiz xidmetlere ehtiyac yoxdu

    Cavab yaz
    • Anonim
      Uff · 25 Noyabr 2015 15:3800

      Bele gic gic weylerdense zavod fabrik tikin rayonlarda millet iw ucun axiwib bakiya gelmesin.yollarda probka olmaain.institut texnikonlari kocurdun rayonlara.milleti bezdirib bu polisler.hec mawin surmek olurki?

      Cavab yaz
      • Anonim
        Mehemmed · 25 Noyabr 2015 19:1000

        Tamamile düz vurguladiniz.

        Cavab yaz
  • Anonim
    avropa · 25 Noyabr 2015 14:4500

    pul qazanmag ucun gunde bir sey kesf eliyirler rusiyyanin seviyyesine cat sonra onun qanunu tetbiq ele

    Cavab yaz
  • Anonim
    elshen · 25 Noyabr 2015 15:1200

    birdefelik olkenin adinida rusiya qoyun vessalam

    Cavab yaz
  • Anonim
    berkov · 25 Noyabr 2015 16:0200

    Olsun,men raziyam,ama ganunu pozanlari,zolagdan zolaga zmeykalayib avtoshlug edenleri,manyovrlari ile diger sürücüleri cashdiran alcaglari tutub cərimələsinlər! Day günanahi olmayanlari yox!

    Cavab yaz
  • Anonim
    qulu · 25 Noyabr 2015 17:5000

    Menim fikrimce normaldir

    Cavab yaz
    • Anonim
      Samir · 25 Noyabr 2015 18:3500

      Mence normal deyil. Hec bir weherde bizim qeder radara pul xerclenmir. Bes be sebebe her yer kameralawib.

      Cavab yaz
    • Anonim
      tunzale · 25 Noyabr 2015 19:4300

      bakida kasib qalmicey

      Cavab yaz
  • Anonim
    Niko · 25 Noyabr 2015 18:3800

    Ən böyük və qüdrətli nəzarətçimiz olan Allahdan qorxub pis əməllərimizən çıkinmiri. Qayda pozuntusuna görə gizli polisdən çəkinəcəyik?!

    Cavab yaz
  • Anonim
    Fatmagul · 25 Noyabr 2015 19:0300

    Bir chox olkeleri bilmirem, amma bu metod Azerbaycanda bineyi qedimden var.Sadece nishtatni ishleyirdiler 07 lerin icherisinde,qrajdanski geyimde,kolun kosun arxasinda gizlenerek )) Indi nece deyerler tet a tet keyf edecekler.Cerimeni Yerindece Ode shuari ile ))

    Cavab yaz
  • Anonim
    Azad · 25 Noyabr 2015 19:4500

    Tbilisini çıxmaq şərtilə,gördüyüm 50-yə yaxın şəhərin heç birində Bakıdakı kimi sürücülər tərəfindən edilən qayda pozuntularına rast gelmək olmur.Təəsüf ki bizim DYP hələ keçmiş SSSR-i dəki kimi yalniz bəzi pozuntularla "əlləşir" (qırmızı işıq, sürət,avtomobilə əlavələr və s.)Bütün sivil dünyada isə(troturda və yaxud döngəyə 15 metr qalmış parkovka,xətlər arası keçıd və s.)Piyadalarla mübarizə,zebra-da və avtobus dayanacaqlqrında parkovka yalnız 5-6 mərk'zi küçələrdə aparılır.

    Cavab yaz
    • Anonim
      Mən · 26 Noyabr 2015 08:5800

      ƏLA!!!!

      Cavab yaz
  • Anonim
    Fsk · 25 Noyabr 2015 20:2700

    Biz bu meselede avropani cooooox geride qoymusuq. Insanlari ne qeder gerginlikde saxlasan bir o qeder qayda pozmaga mehkumdur.

    Cavab yaz
  • Anonim
    zero · 26 Noyabr 2015 08:4700

    Ad olacaq gizli patrul avtomobili ancaq bu kameralari oz shexsi avtolarina ve taxilere paylayacaqlar Pul yigmagin yeni yolu Bu milletin 5-10 man pulu qalib onuda bu yolla alacaqlar Pul qazanmaqin gizli yolu demek olar buna gizli patrul yox

    Cavab yaz
  • Anonim
    zero · 26 Noyabr 2015 08:4800

    Milyonlar xerclewdiler bu kameralara helede cerimeleri yigmaq bunlarin gozlerin doydurmur indide bu gizli pul qazanmaq yolu ile ciblerin dolduracaqlar

    Cavab yaz
  • Anonim
    Ismayil.26.11. 15 · 26 Noyabr 2015 09:4700

    Ele bu eskikdi. Onsuzda YPX gizli isleyir. Tinde- bucaqda gizlenmekle.Hec olmasa bir defe Bu milletin xeyrine nese qerar verin.

    Cavab yaz
  • Anonim
    Aze-Boy · 26 Noyabr 2015 09:5400

    Onusuzda Azerbaycanda iki metrede bir polis masini dayanir bunlar azmis kimi birde gizlileri yaranacaq, yaransi eger duzgun ve gerezli adaletli idare edilecekse qezalarin qarsi alinacaqsa yaxsi fikirdi destekleyirem vetandas kimi.

    Cavab yaz
  • Anonim
    Qaraqöz · 26 Noyabr 2015 10:3200

    Bunlara sual verən yoxdur ki,bu camaat harda maşın sürməyi öyrənir və sonra prava alır?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.