Ölkə

"Elnur Məmmədli dərhal cəzalandırılmalıdr"

8 İyun 2015 16:54
39 Şərh     Baxış: 28 479

Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli bu gün mətbuatda peşə fəaliyyəti ilə bir araya sığmayan açıqlama verib. İdmançı hazırda Bakı şəhərində bir neçə supermarketin sahibi olduğunu deyib. Bildirib ki, Daxili İşlər Nazirliyinin əməkdaşı, Cüdo Federasiyasında vitse-prezident vəzifəsində çalışmaqla yanaşı, Bakıda "Nömrə 1" adlı 6 supermarketi fəaliyyət göstərir.

O, eyni zamanda arzusunun general olmasını da dilə gətirib. 

Hüquqşünaslar isə hesab edirlər ki, dövlət qulluqçuları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. "Hüquqi Dövlət" araşdırmalar mərkəzinin rəhbəri Müzəffər Baxış Milli.Az-a açıqlamasında bildirdi ki, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respblikası qanununa görə biznes fəaliyyəti ilə məşğul olmaq qadağan olunur. "Polis haqqında qanunda" da nəzərdə tutulub ki, polis əməkdaşları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Bura Azərbaycandır və bu kimi məslələr başqa cür tənzimlənir. 

"Məndə olan məlumata görə, artıq Rusiyada buna gediblər və Azərbaycanda da tətbiq etmək istəyirlər ki, dövlət qulluqçularının da sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına icazə verilsin. Ola bilər ki, bəzi təsirlər olsun və qanunda dövlət qulluqçularının sahibkarlıq fəaliyyətinə icazə verilsin. Amma indiki halda bu qanun tələblərinin kobud pozulmasıdır", - deyə ekspert vurğuladı. 

Qanuna istinad edən M.Baxış qeyd etdi ki, Polis haqqında 28 okrtyabr 1998-ci il də qəbul olunmuş qanunun 32-ci maddəsində birbaşa göstərilir ki, polis əməkdaşı heç bir seçkili və başqa təyinatlı vəzifə tuta bilməz. Elmi, pedaqoji və yaradıcı fəaliyyətdən baqa heç bir ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Elmi, pedaqoji və yaradıcı fəaliyyətindən başqa heç bir məvacib ala bilməz. Elnur Məmmədli bines fəaliyyəti ilə mşğul olduğunu deyibsə, bu, birbaşa qanun pountusudur. Belə adamlar dərhal məsuliyyətə cəlb edilib cəzalandırılmalıdır. Elə həmin qanunun 34-cü maddənin 4-cü bəndində göstərilir ki, polis fəaliyyəti ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda polis sıralarından xaric edilməlidir.

Hüquqşunas Elnur Məmmədlinin binznes fəaliyyəti ilə bağlı fikirlərinə görə cəzalandırmasına inanmır: "Elnur Məmmədli sahibkarlıqla məşğul olduğunu deyirsə, demək, polis fəaliyyəti ilə bir araya sığmayan işlə məşğul olduğuna görə polis sıralarından çıxarılmalıdır. Polis necə sahibkarlıqla məşğul ola bilər? Onun bir dəqiqə boş vaxtı olmamalıdır. Sahibkarlıq başqa bir fəaliyyətdir".

Daxili İşlər Nazirliyinin məbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə E.Məmmədlinin fəaliyyəti ilə bağlı Milli.Az-a açıqlama verməyərək cavab almaq üçün başqa ünvan göstərdi: "Nazirlikdə jurnalistlərin suallarını başqa bir şöbə araşdırır. Orxan Mansurzadə ilə əlaqə saxlayın".
Gün ərzində çoxsaylı telefon zənglərinə baqxmayaraq, O.Mansurzadə ilə danınışmaq mümkün olmadı. 

Anar Məmmədov
Milli.Az

loading...

Şərh yaz:

39 Şərh:

  • Anonim
    Gul · 8 İyun 2015 16:5800

    Pis iw gorub oz arzusun deyirda,beli bura Azerbaycandi burda herwey olur Muzeffer m

    Cavab yaz
    • Anonim
      sona · 9 İyun 2015 11:3300

      gul xanim bes nece olurki elnur udanda sevincinizden sesiniz her yeri basmisdi, indi ne oldu paxilliginiz tutdu.ayib olsun

      Cavab yaz
      • Anonim
        Ramon · 9 İyun 2015 14:3800

        Elnur memmedli cempiyondu beli fexrimizdi eyer pis is gormuyubse bunun neyi pisdiki

        Cavab yaz
  • Anonim
    mel · 8 İyun 2015 16:5800

    isiviz yoxdue kiminse ayagini qazmaga bize yarasar.ozu biler.oda agilsz deyilda eger ele bir orqanda isleyrse bilr qanunlari.yeqinki oz adina deyil yaxinlari idare edir maliyye desteyi budu.mence market zad bos sohbetdi milletin gozne onun generallg arzusu girdi illerdi general olamg arzsda olanlarinda lap hak edir insallah genaralda olar

    Cavab yaz
  • Anonim
    xeyyam · 8 İyun 2015 17:2000

    Olurler qabaga gedene zerbe vursunlar.#ElnurMemmedli bayragimizi qaldiranda evde oturub cips yeye yeye agladigimizi unutduq?igidimizdi dee 5-iolmasin 10-u olsun.ayibdi ee

    Cavab yaz
  • Anonim
    ZUMRUD · 8 İyun 2015 17:2100

    Bu Elnur Memmedli cox ozunu goze soxmagla meshguldu, idmanla ozunu reklam etmir, yalniz bashka bashka ishlerle . Cox tesuf. Gedsin Rio-2016 olimpeadasina xazirlashsin.

    Cavab yaz
  • Anonim
    Gülüm · 8 İyun 2015 17:2400

    dehşetdi e camaatı soyub yemir ki elave pul qaznır bundan kime ne zaman deyişib her şey at belindedir bir işle çatmırde bahalı yaşamaga

    Cavab yaz
  • Anonim
    Arab · 8 İyun 2015 17:2600

    bu huquqsunasin insan huquqlarindan diyesen xeberi yoxdu.bir deqiqede vaxti olmamalidir ne demekdir?bu adam deyil?yoxsa polisin ailesi olmur..neyse..Allah belelerini cox elesin..)

    Cavab yaz
  • Anonim
    amin · 8 İyun 2015 17:4100

    Niyə qalib gələn hər idmançı ancaq kreslo istəyir?ona görə də bizdə 2,3qat olimpiya çempionları olmur. bir dəfə qalib gələndə o qədər pul verilir ki bunlara idmandan soyuyurlar.

    Cavab yaz
  • Anonim
    derya · 8 İyun 2015 18:1100

    Sanki hamınız meşgul olmırsuz biznesle? azerbaycan dakı memurların villlari maşnlari neynendi?gedin özünüzü alladn

    Cavab yaz
  • Anonim
    xxx · 8 İyun 2015 18:2700

    Guya ki, biznesle mesguldu-yox sadece obyektleri var vessalam. Kimlerse biznesi idre edib, aydan-aya pulunu verirlerde.

    Cavab yaz
  • Anonim
    Gülüm · 8 İyun 2015 18:3200

    Menim şerhimi niye vermirsiz yene

    Cavab yaz
  • Anonim
    football fun · 8 İyun 2015 20:1500

    Ölürük də qabağa gedənin ayağından dartmağa. Elnur, dilinə söz qəhət idi? Yoxsa əl-ayağını yeyən az idi? Qardaş, biznesin var, dinməzcə qazan da. Daha niyə aləmə car çəkirsən? Niyə biznesi olan millət vəkillərindən yazmırsız, gözünüz Elnuru gördü?

    Cavab yaz
  • Anonim
    VÜQAR · 8 İyun 2015 21:3900

    araşdıranda məlum olar ki, bir çox məmurların böyuk obyektləri , restoranları , şadlıq evləri , otelləri...var!

    Cavab yaz
    • Anonim
      NİYAL İSMAYILLI · 8 İyun 2015 22:5500

      Allah hər kəsə ruzi və bacarıq bəxş erir.Kimin nəyi var can sağlığına qismət Biz Elnurla fəxr etməliyik.bütün idmançılarımıza uğurlar-uğurlar yenədə uğurlar...YAŞASIN AZƏRBAYCAN...CAN AZƏRBAYCAN..

      Cavab yaz
  • Anonim
    mən · 8 İyun 2015 22:5600

    dilim- dilim olasan,ay dilim! dilinin bəlasına düşdü

    Cavab yaz
  • Anonim
    əli · 8 İyun 2015 23:0100

    Azərbaycandakı şirkətlər ,Holdinqlər, hektarlarla torpaqlar dövlət qulluqçularının deyil bəs kimindir ,elə nazir var ki 133 dənə şirkəti var.bu yetimin 5-6 dükanı nə tez girdi hüquqşünasların gözünə.bəsdirin camaatı ələ saldınız.Əyər qanunlar işləyirsə hamına aid olmalıdır.

    Cavab yaz
    • Anonim
      aylin · 9 İyun 2015 11:3000

      eli duz deyirsen bizim millet beledir.

      Cavab yaz
  • Anonim
    Ağ söz · 9 İyun 2015 01:2600

    Polıs olmagda niyet nedir?

    Cavab yaz
  • Anonim
    kilimci · 9 İyun 2015 05:1500

    Obyektlerin hamisi memrlarindida .H.Derya demisken Ne qederki memursan keyf ele

    Cavab yaz
  • Anonim
    sama · 9 İyun 2015 08:2400

    bu yazıq heç olmasa elədiyi işi açıq .əkildə dedi. o sistemin bütün işçilərinin hər cür biznesi var. burada qanunların hamısı yazı olaraq qalır.hansına əməl olunur

    Cavab yaz
  • Anonim
    Elmar · 9 İyun 2015 08:2500

    Soruşun görün "Meyvəli" bazarı hansı məmurundur? Guya kim bilmir bunu Azərbaycanda.

    Cavab yaz
  • Anonim
    Lala · 9 İyun 2015 08:3700

    gedin oğruları adam başı kəsənləri tutun tutulmalı o qədər adam cəzalanmalı oqədər adam var ki kişi biznesnən məşğuldu işçiləri var neçə adam evinə ailəsinə çörək aparır pisiş görüb onda nazirləri deputatları tutmaq lazımdır hərəsin adına nə qədər şadlıq sarayları restoranlar marketlər binalar var ki satıllar arendaya verirlər onda qanun hara baxır boş şeylərdir qanundan danışırlar gedin rüşvət alanı tutun

    Cavab yaz
  • Anonim
    obyektiv · 9 İyun 2015 08:5500

    Elnur bayrağımızı qaldırıb deyə milletin başında oturmalıdı? bayrağımızı qaldırıb deyə ömür boyu ona toxunulmazlıq statusu verilməlidir? bezilerinin şerhini oxuyuram deyir bacarana can qurban bu düşüncə tərzində olan insanlarla eyni ölkenin vetendaşı olmağıma utaniram.Elnur olimpiya çempionu olub dövlet terefinden lazimi qiymetide alib.Umumiyetle bu tendensiya leğv olunmalıdır idmanda naliyyet elde etmiş insanlara dövlete vezife vermek ferqi yoxdur balaca ya böyük.Neçe iller polisde canını qoymuş insanlara tehqirdi Elnurun men general olmaq isteyirem demesi.

    Cavab yaz
    • Anonim
      F.S.D. · 9 İyun 2015 10:2100

      Obyektiv, Sizinlə tam razıyam. Ümumiyyətlə idmançılara, mügənnilərə yüksək vəzifə verilməsinin tərafdarı deyiləm.

      Cavab yaz
  • Anonim
    azeri qizi · 9 İyun 2015 09:1000

    Elnur 1ce defe olimpiya cempionu oldu vse?niye bu olimpiyadada iwtirak etmir!qocalib?eww mende lap...neynire....adi sani iwi gucu wohreti....vsedaaaa ne lazimdi onda neynire idmani

    Cavab yaz
  • Anonim
    Turan-f · 9 İyun 2015 09:2900

    Bu kişi demir ki, Elnur pis adamdır! O, deyir ki, QANUN pozulub...

    Cavab yaz
    • Anonim
      fed · 9 İyun 2015 14:4100

      gorun ona alimpiya cempionu olanda ne qeder pul veriblerki o 6 supermarket acib amma esker olende 12000 manat verirler cox boyuk is gorub alimpiya cempionu olub

      Cavab yaz
  • Anonim
    Şəfahət Həkim · 9 İyun 2015 11:0800

    Elnura əhsən deyirəm. İdmanda qazandığı uğur qədər biznesi də uğurlu olsun. Azərbaycanın fəxridir. Digər idmançı gənclərə də stimul verir.

    Cavab yaz
  • Anonim
    zema · 9 İyun 2015 11:2701

    biz millet paxil milletdi. Bacarirsiniz sizde edin.

    Cavab yaz
  • Anonim
    oxucu · 9 İyun 2015 11:5510

    Elnur Məmmədli bines fəaliyyəti ilə mşğul binznes fəaliyyətdən baqa - Səhvlər həddindən artıq çoxdur

    Cavab yaz
  • Anonim
    titi · 9 İyun 2015 12:1100

    memurlarin ozlerinin o qeder biznesleri var ki qoy Elnurdada olsunda bacarana can qurban vetenimizin fexridi bizde beledide kim qabaga getse tutub ayagindan saxliyacaqlarki olmaz

    Cavab yaz
  • Anonim
    tehi · 9 İyun 2015 13:4800

    Bir dene medal getirib.Bakinin yarisni veribler.kimdir beyem ki o. Milletimizin ele yaxsi savadli xeyirli övladları var ki. Elnur kimilər rüşvət üçün gedib yol polisi olub.Yaxşı ki, ikinci nəaliyyəti yoxdur.

    Cavab yaz
  • Anonim
    sakit · 9 İyun 2015 15:1000

    onda gerek butun memurlar cezalana....

    Cavab yaz
  • Anonim
    nonna · 9 İyun 2015 16:3601

    Neden duz soz deyende,insan paxil olur.Duzdu qelebe calib,bayraq qaldirib.Ancaq bu ona haqq vermir ki,ciziqindan cixsin.Siz onun musahibesini oxuyun,sonra haqq verin.Deyir men insanlara corek verirem,daha demir ki,bu insanlar mene corek qazandirir,sanki insanlara mufte pul verir.General meslehet bilseler olaram deyir,daha demir ki,genelliqi bacriqimla,iwimle qazanaram.Wohret onun bawini tez gicellendirdi,ona gore de olimpiadadn sonra hec 1 uqura nail olmadi.Menim ucun o wou ehlinden ferqlenmir.

    Cavab yaz
  • Anonim
    Commenter · 9 İyun 2015 19:3100

    Elnurun həddi nədi Bakıda bu cür iddialı marketləri olsun, həm də 6 ədəd ))) Elnur sadəcə fiqur ola bilər, formal sahibi ola bilər

    Cavab yaz
  • Anonim
    Aygun. · 10 İyun 2015 04:5901

    Elnura halaldi.Men bir vetendas kimi Elnura destek cixiram,ermeninin payini verib bayragimizi himnimizi uca tutuguna gore hemde serjikin gozunun qabaginda.Halaldi qardas.

    Cavab yaz
  • Anonim
    Ay · 10 İyun 2015 08:5901

    Burda ne varki

    Cavab yaz
  • Anonim
    elnur · 4 Fevral 2016 00:5700

    biz bir birimize destek olmaqdans bir birimizin ayagi altini qaziriq. elnur memmedli ter tokub bayraq qaldiranda yaxwi idi indi pisdi?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.