Azərbaycanda qumar oyunları ilə bağlı cəzalar sərtləşdirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Məclisin bugünkü iclasında Cinayət Məcəlləsinə edilən dəyişikliklər üçüncü oxunuşda qəbul edilib. Dəyişikliklərə əsasən, Azərbaycanda qumar oyunlarının təşkili və keçirilməsinə görə tətbiq olunan cəzalar daha da sərtləşdirilir.
Milli.Az xəbər verir ki, yeni qaydalara əsasən, qumar oyunları internet, mobil rabitə şəbəkələri, sosial media platformaları, elektron rabitə vasitələri və digər texnologiyalar üzərindən virtual şəkildə təşkil edildikdə, yetkinlik yaşına çatmayanların bu oyunlarda iştirakına şərait yaradıldıqda, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya xeyli miqdarda gəlir əldə edildikdə, təqsirli şəxslər cinayət nəticəsində əldə olunmuş gəlirin iki mislinədək cərimə, 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.
Dəyişikliklərə əsasən, əməllər mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə, yaxud külli miqdarda gəlir əldə etməklə həyata keçirildikdə isə cəza daha da ağır olacaq. Belə hallarda 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Qanunvericiliyə edilən yeniliklər cərimələrin tətbiqi qaydasını da dəyişir. Əvvəl qüvvədə olan qanuna əsasən cərimə 10 min manatdan 15 min manatadək müəyyən edilirdisə, bundan sonra cərimənin məbləği cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək hesablanacaq.
Bundan başqa, qumar oyunlarının təşkili və keçirilməsi, bu məqsədlə yer ayrılması və ya saxlanılması əməllərinin təkrar törədilməsi, yetkinlik yaşına çatmayanların qumar oyunlarına cəlb edilməsi, həmçinin xeyli, külli və xüsusilə külli miqdarda gəlir əldə olunması ilə bağlı hallarda da sanksiyalar sərtləşdirilir.
Hazırkı qanunvericilikdə belə əməllərə görə 4 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdu. Qəbul edilən dəyişikliklə bu hallara görə birbaşa 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasının tətbiqi müəyyənləşdirilib.
Müzakirələrin ardından qanun layihəsi səsverməyə çıxarılıb və Milli Məclis tərəfindən üçüncü oxunuşda qəbul edilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Deputatın oğlu hakim qardaşına görə başqa məhkəmədə mühakimə olunacaq
-
Bakıda kafedəki qətldə təqsirləndirilənlər 4 aylıq həbs edildi - Yenilənib
-
Rusiyalı reper Mavaşi başından aldığı güllə yarasından öldü
-
eputatın oğlu məhkəməyə belə gətirildi - (Video)
-
"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib
-
"İnci taneleri"nin aktyoru səssiz-sədasız evləndi - (Foto)
XƏBƏR LENTİ
-
"Sabah" - "Qarabağ" oyununda qolsuz bərabərlik
-
Deputatın oğlu hakim qardaşına görə başqa məhkəmədə mühakimə olunacaq
-
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub
-
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
-
Donald Tramp: "Mənim əmim radarı ixtira edib"
-
Bakıda kafedəki qətldə təqsirləndirilənlər 4 aylıq həbs edildi - Yenilənib
-
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
-
"Oktay Saral sabah istefa verəcək"
-
Rusiyalı reper Mavaşi başından aldığı güllə yarasından öldü
-
Rövşən Nəcəf, Arsen Venger və İnfantino "Sabah" - "Qarabağ" oyununu stadiondan izləyiblər - (Video)
-
Almaniya kəşfiyyatından yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsul
-
Tramp: "Mənə lazımi qiymət verilmir"
-
“Barselona” Diomandedən imtina edib
-
Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...
-
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
-
eputatın oğlu məhkəməyə belə gətirildi - (Video)
-
"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib
-
22 min insanı güllələdilər, Hitlerin üstünə atdılar – SSRİ-nin 1990-ci il NKVD etirafı
-
"İnci taneleri"nin aktyoru səssiz-sədasız evləndi - (Foto)
-
Bakıda ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
-
Azərbaycanlı futbolçu İspaniyada oynayacaq
-
Xalidə Gözəl vəfat etdi
-
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır
-
“Sabah”ın futbolçusu “Borussiya”ya transfer olunur?





