Vitrində başqa, kassada başqa: Alıcıların cibindən 500 milyon manat çıxır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi dükanlarda istehlakçılar vitrində göstərilən qiymətlə kassada tətbiq olunan qiymət arasında uyğunsuzluqla qarşılaşırlar. Belə hallar alıcı narazılığına səbəb olur və mövcud qaydalara zidd sayılır. Mövcud normalara əsasən, məhsul alıcıya üzərində və ya vitrində qeyd edilən qiymətlə satılmalıdır. Qiymət fərqi yarandıqda istehlakçı mağaza rəhbərliyinə müraciət edə və hüquqlarının qorunması üçün aidiyyəti qurumlara şikayət vermək imkanına malikdir.
Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, ölkəmizdə istehlakçılar illərdir vitrində bir qiymət, kassada isə fərqli qiymətlərlə qarşılaşırlar.
Onun sözlərinə görə, istehlakçı hüquqlarının pozulması süni qiymət artımı deməkdir.
"Bu məsələ ilə bağlı hər gün istehlakçılardan zənglər daxil olur. Hökumət biznes qurumları üçün əlverişli şərait yaradıb. Təəssüf ki, bəzi biznes subyektləri dövlətin apardığı bu siyasətdən sui-istifadə edərək istehlakçı hüquqlarını pozan çoxsaylı hallara yol verirlər. İstehlakçı fərqli qiymətlə bağlı irad bildirdikdə, bunun texniki səhv olduğu bildirilir. Bu hallara cavabdeh olan dövlət qurumları istehlakçılarla daha sıx işləməlidir".
E. Hüseynov qeyd edib ki, bəzən istehlakçıların almadıqları məhsullar da çekə əlavə olunur.
"Bir şikayətdə istehlakçı 85 qəpiyə badımcan aldığı halda, çekdə ona 26 manatlıq məhsulun qiymətinin yazıldığı qeyd edilib. İstehlakçı çeki yoxlamasaydı, bu uyğunsuzluqdan xəbər tutmayacaqdı. Belə halların əsasən kartla ödəniş zamanı baş verdiyi vurğulanır. Ümumilikdə ölkəmizdə istehlakçılar il ərzində kassada düzgün vurulmayan və ya alınmayan mallara görə təxminən 500 milyon manat əlavə vəsait ödəyirlər".
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda mənzildə yanğın - Sakinlər təxliyə olundu
-
Masazırda ölümlə nəticələnən qəza baş verib
-
Gənclikdə yox, yaşlandıqca varlanacaq 4 bürc
-
Bakıda güclü qar, şaxta… - Hazırlıqlar başladı
-
Çində 4 metrlik nəhəng humanoid robot təqdim edildi: 500 kq yük qaldırır - (Fotolar)
-
Bu sürücüləri 800 manat cərimə gözləyir - (Video)
-
Ölüm hökmü 8 illik fasilədən sonra bərpa edildi - Bu ölkədə
-
"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
Banandan 3 dəfə çox kalium ehtiva edir: Gündə bir ovuc yemək kifayətdir
-
Mobil telefonlar da POS-terminal kimi istifadə olunacaq - (Video)
-
Üç bürc çox yaxşı dəyişikliklərə hazır olsun
-
Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı
-
İşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addım
-
Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
-
“Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Nüşabə Ələsgərli
-
PSJ "Barselona"ya qalib gəldi, "Liverpul" və "Mançester Siti"dən qələbə
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
-
Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi





