50 manatlıq sığorta, 25 000 min manatlıq sual işarəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda icbari qaydada sığortalanan daşınmaz əmlakların sayı 200 minə yaxındır.
Bəs hazırda ölkəmizdə daşınmaz əmlakların sığortalanmasına maraq necədir?
Mövzunu Milli.Az-a şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ölkə daşınmaz əmlakın sığortalanmasına maraq tamamilə zəif deyil, kifayət qədər vətəndaş əmlakını sığortalayır.
"Lakin sığorta prosesinin özü və sığorta olunduqdan sonra sığorta hüququnun real tətbiqinə inam yüksək deyil. Ümumiyyətlə, ölkəmizdə sığorta sistemi Qərbi Avropa ölkələrində olduğu səviyyədə inkişaf etməyib və vətəndaşlarda belə bir fikir formalaşıb ki, sığorta yalnız ona qarşı formal tələb olduqda vacib sayılır. Bu, istər məcburi, istərsə də könüllü sığortaya aiddir. Bu baxımdan sığorta bazarında müəyyən islahatların aparılmasına ehtiyac var ki, vətəndaşlara sığortanın əhəmiyyəti, dəyəri və vacibliyi izah olunsun. Çünki bir çox hallarda, istər təbii fəlakətlər zamanı, istər yanğın hadisələrində, istərsə də daşınmaz əmlaka hər hansı zərər dəydikdə sığortanın mövcudluğu son dərəcə vacib məsələdir".
V. Oruc qeyd edib ki, hazırda məcburi sığorta üzrə maksimum 25 000 min manat ödəniş nəzərdə tutulur.
"Yəni 50 manat sığorta haqqı qarşılığında 25 000 min manat kompensasiyanın veriləcəyinə vətəndaşların inamı azdır. Bu səbəbdən düşünürəm ki, sığorta məbləğləri evlərin deyil, ümumilikdə bütün daşınmaz əmlak növlərinin real dəyərinə uyğun müəyyənləşdirilməlidir. Qiymətləndirici mülkləri, mənzilləri və qeyri-yaşayış obyektlərini qiymətləndirib onların dəyərini müəyyən etdikdən sonra müvafiq qaydada sığorta məbləği təyin olunmalıdır. Standart sığorta məbləği vətəndaşlarda bu prosesə inamı möhkəmləndirmir. Məsələn, 500 min manat dəyərində əmlakı olan vətəndaş da, 100 min manatlıq əmlakı olan vətəndaş da icbari sığorta üçün eyni məbləği - 50 manat ödəyirsə, burada məntiqsizlik yaranır. Hesab edirəm ki, vətəndaşlar əmlakın real dəyərinə uyğun sığorta haqqı ödəməlidir ki, sonradan hər hansı hadisə ilə qarşılaşdıqda kifayət qədər sığorta kompensasiyası əldə edə bilsinlər", - deyə sədr qeyd edib.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Taksilərin ən bahalı olduğu şəhərlər
-
"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Bəyin üzünü ilk dəfə toyda gördü: Kefi pozuldu - (Video)
-
Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Yasamal və Abşeronda işıq olmayacaq
-
Oyunda olarkən Bruno Fernandeşin evi qarət edildi
-
Parisin iki rayonunda komendant saatı tətbiq edilib
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
Xırdalanda evlər ucuzlaşıb - (Video)
-
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
-
Zelenski müsahibə zamanı ağladı - (Video)
-
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
-
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
-
Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
-
Sabah Binəqədidə qaz olmayacaq
-
"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
-
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
-
Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
Tramp anlaşılmaz səslər çıxardı - (Video)





