AYB bu şəxsləri xaric edəcək: “500 adamın ildə 15 manatı ilə dolanmaq olar?”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Üzvlük haqqı ödəməyənlər Azərbaycan Yazıçılar Birliyindən (AYB) xaric ediləcəklər.
Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a açıqlamasında AYB sədri Yazıçı Anar məlumat verib.
Onun sözlərinə görə, beş ildən artıq üzvlük haqqı ödəməyən şəxslər AYB-dən çıxarılacaqlar. Bununla bağlı sonuncu dəfə sabah rəsmi yazılı xəbərdarlıq da elan olunacaq.
Yazıçı Anar vurğulayıb ki, üzvlük haqqını bir il, iki il, üç il və dörd il ərzində ödəməyənlərin olmasına baxmayaraq, təşkilat hələlik yalnız beş ildən artıq ödəməyənləri xaric etmək qərarına gəlib.
O, bununla yanaşı həmin şəxslərə növbəti dəfə fürsət verildiyini və fevralın 1-dək ödəniş etmələri üçün imkan yaradıldığını diqqətə çatdırıb: "Onlara ödəniş etmələri üçün hələ də vaxt veririk. Amma ödəməsələr bu o deməkdir ki, onlar Azərbaycan Yazıçılar Birliyinə lazım deyil".
Yazıçı Anar onların üzvlük haqqını ödəməmələrinin səbəblərindən danışarkən bildirib: "Elələri var ki, Yazıçılar Birliyindən hər şeyi qoparmaq istəyirlər. Amma ildə 15 manat verməyə qıymırlar".
AYB sədri vurğulayıb ki, il ərzində yığılan üzvlük haqları maaşlara və qonorarlara təsir edə bilər: "Üzvlük haqları zəruri xərclərimizə sərf olunur. Biz yığılan o haqları mükafatlara, kitab çaplarına xərcləyə bilərik. Yazıçılar Birliyinin 3000 üzvü var. Onlardan 2500 nəfəri üzvlük haqqını vermir. İl ərzində 15 manat nədir ki, onu da ödəmirlər? Əgər bizə dövlət tərəfindən maliyyə yardımı olmasa, üzvlük haqqı ilə dolanmaq mümkün deyil. 500 adamın ildə 15 manatı ilə dolanmaq olar?".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Burak Özçivitin artıq çəkisi diqqət çəkdi (Foto)
-
Kral III Çarlzın səhər yeməyi seçimi
-
Kürdəmirdə boru partladı - 6 kənd susuz qaldı
-
Çimərlikdə boğulan Rəşadın (Fotosu)
-
İranın Qeşm adasına 10-dan artıq raket atılıb
-
Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürüb
-
Lətif Quliyev vəfat etdi (Foto)
-
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
-
Gəncədə kütləvi zəhərlənmə olub
-
İngiltərənin birinci qolu niyə ləğv edilmədi? - FIFA açıqladı
-
Oman Sultanlığı hücuma görə İran səfirini çağırdı
-
"Əla iş gördünüz, Bellinqem və hakim!"
-
İran Körfəz ölkələrinə hücumu genişləndirir
-
Sevgilisi məşhur blogerin 18 milyonunu oğurladı
-
Dünya çempionatları tarixində ilk yaşandı
-
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə çatıblar (Foto)
-
Angela Merkelin portretində diqqətçəkən məqam
-
Ukraynanın istifadə etdiyi PUA-lar bu ölkədə istehsal olunur
-
Teylor Sviftlə Trevis Kelsinin toyuna xərclənən vəsaitin miqdarı məlum oldu
-
Kim Kardaşyanla Luis Hamilton buna görə ayrıldılar - (Foto)
-
Ruslar pivədən sürətlə imtina edir
-
Haluk Levent saxlanıldı
-
Vəfanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Anasının gözləri ilə məzun oldu - (Video)





