Azərbaycanda ən çox maaş alan bu şəxslərdir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1083,8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 4171,8 manat, qeyri neft-qaz sektorunda 1025,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1053,1 manat, özəl müəssisələrdə isə 1115,6 manat olub.
Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2025-cü ilin I rübündə orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu sahə mədənçıxarma sənayesi, ən aşağı olduğu sahə isə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq olub.
Hesabat dövründə mədənçıxarma sənayesində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 3961.2 manat olub. Bu göstərici dövlət sektorunda 2445.5 manata, özəl sektorda isə 4755.8 manata bərabər olub.
Maliyyə və sığorta sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə 2630 manat olub. Bu sektorda dövlət sektorunda çalışanların maaşları 3338.8 manat, özəl sektorda isə 2473.8 manat olub.
Bu dövrdə informasiya və rabitə sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1961.5 manat olub. Anoloji sahədə çalışan dövlət işçilərinin orta əməkhaqqları 1632.4 manat, qeyri-dövlət işçilərinin orta əməkhaqqları isə , 2209.2 manat olub.
Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrində çalışan şəxslərin orta aylıq nominal əməkhaqqıları 674.6 manat olub. Bu sahədə fəaliyyət göstərən dövlət və özəl sektor nümayəndələrinin orta əməkhaqqları müvafiq olaraq 777.6 manat və 647.4 manat təşkil edib.
Digər sahələrdə fəaliyyət göstərən işçilərin 2025-ci ilin I rübündə orta aylıq əməkhaqqı aşağıdakı cədvəldə qeyd edilib./APA
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Benzema bu klubda pulsuz oynamağa razı oldu
-
Valeh Kərimov işsiz qalıb: “Deyirlər ki, bunun ömrü qurtarıb”
-
Binəqədidə yarımtikilidə yanğın olub - (Video)
-
Məhəmməd Salah "Trabzonspor"da rekorda imza atıb
-
"Sabah"la oyundan əvvəl "Mançester Yunayted"in ulduz futbolçusu zədələndi - (Foto)
-
Bu da Elgizin yeni verilişi - (Video)
-
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
-
Külək nəticəsində Bakıda 15 ağac sınıb - (Foto)
-
BDU-da ən populyar ixtisas məlum oldu
-
Xırdalanda binanın eyvanından şüşə qopdu, qadının başına düşdü - (Video)
-
Nazirlik güclü küləklə bağlı əhaliyə müraciət etdi
-
Bakıda açıq səma altında Dövlət Caz Orkestrinin 85 illiyinə həsr olunmuş möhtəşəm gecə keçirilib - (Foto)
-
Bakıda 19 istiqamətdə tıxac var
-
Yayın son fürsəti: Ziraat Bank Azərbaycanın 0% komissiyalı, 90 gün güzəştli kredit kampaniyasına cəmi 8 gün qaldı!
-
Bakıda soyğunçuluq edən şəxs saxlanıldı
-
“Bu gün nə yeyək?” sualı tarixə qovuşur: “Plan & Eat” Azərbaycanda korporativ nahar mədəniyyətini kökündən dəyişir
-
Xalq artistlərinin səmimi görüşü - (Video)
-
Anar Məmmədli və Anar Abdullayevə hökm oxunub
-
630 bal topladı, universitetə qəbul olmadı – (Video)
-
Rusiyada FTX generalı yanacaq oğurluğuna görə saxlanıldı
-
Qumralın ailəsində xoş gün - (Video)
-
Şölen-in qlobal brendi Ozmo Azərbaycanda anaların rəğbətini qazandı - (Foto)
-
Heyvanları döyüşdürən və işgəncə verənləri hansı cəzalar gözləyir?
-
Şahin Qasımov vəfat etdi





