Gömrükçülər fırıldağın üstünü belə açdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş malların gömrük qaydaları pozulmaqla müxtəlif sərnişinlərə paylanılaraq şəxsi istifadə məqsədli mallar qismində gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb.
Milli.Az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində sözügedən malları xarici ölkədə sərnişinlərə paylayan Azərbaycan Respublikası vətəndaşının gömrük nəzarəti zonasını tərk etdikdən sonra həmin şəxslərdən topladığı və Heydər Əliyev adına Beynəlxalq Aeroportunun dayanacağındakı avtomobilinə yerləşdirdiyi müəyyənləşdirilib.
Avtomobilə keçirilən baxış zamanı ölkə ərazisinə şəxsi əşya adı altında gətirilən kommersiya təyinatlı mallar - 10 ədəd müxtəlif markalı mobil telefon, 25 ədəd elektron siqaret, 1810 ədəd siqaret və tütün məmulatı, xeyli miqdarda kosmetik vasitələr və ətirlər hüquqpozma predmeti kimi götürülüb.
İlkin araşdırma zamanı sərnişinlər gətirdikləri malların bir şəxsə aid olduğunu bildiriblər.
Dövlət Gömrük Komitəsi tərəfindən bildirilir ki, başqalarına məxsus kommersiya təyinatlı malları şəxsi əşya adı altında gömrük sərhədindən keçirən, habelə belə malları bilərək əldə edən, daşıyan, saxlayan, onlardan istifadə edən və onlar üzərində sərəncam verən şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
General-polkovnik şəhid övladları ilə bir arada: Çövkən üzrə Dünya Çempionatı başladı - FOTO
-
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb - VİDEO - FOTO
-
Azərbaycanlı şagird “WhatsApp”a bənzər tətbiq yaratdı
-
"Elə bil bunların atalarınındır"
-
Azərbaycanda zəlzələ oldu
XƏBƏR LENTİ
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb
-
Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı
-
Paşinyanı ilk o, təbrik etdi - FOTO
-
Aylardır ki, oğlunun qəbrinin yanında yatır - FOTOLAR
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
Perez yenidən "Real Madrid"in prezidenti seçildi
-
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
-
General-polkovnik şəhid övladları ilə bir arada: Çövkən üzrə Dünya Çempionatı başladı - FOTO
-
“Neftçi” bu legionerlə yollarını ayırdı
-
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb - VİDEO - FOTO
-
"Barselona" Yamala şərt qoydu
-
Azərbaycanlı şagird “WhatsApp”a bənzər tətbiq yaratdı
-
Millimiz dünya çempionatının yarımfinalında məğlub olub
-
İran millisindən yekun qərar - ABŞ-də qalmaq olmayacaq
-
İrəvanda saxlanılanların sayı artdı
-
Süni intellekt 1,3 milyard insan susuz qoya bilər





