Bakıda milyon manatlıq torpaqları alanlar kimlərdir? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxt ərazisində son illər sürətlə qiyməti artan daşınmaz əmlak növlərindən biri də torpaqlardır. Hazırda Bakının mərkəzi rayonlarında torpaq sahələrinin sayı və ölçüsü xeyli məhdud olsa da, bazarda təkliflər hələ də qalmaqdadır.
Milli.Az xəbər verir ki, yenisabah.az paytaxtın mərkəzi rayonlarında təklif edilən torpaq qiymətlərini araşdırıb. Müşahidələrimiz Bakının Səbail, Nəsimi, Nərimanov, Xətai və Yasamal rayonlarını əhatə edib.
Maraqlıdır ki, ötən ildən fərqli olaraq, artıq bu sahədə liderliyi Nəsimi və Nərimanov deyil, Səbail rayonu əlində saxlayır. Hazırkı vəziyyətdə elan saytlarında ən yüksək qiymətə təklif olunan torpaq sahələri məhz Səbail rayonu ərazisindədir.
Rayonun Badamdar qəsəbəsi ərazisində 20 sot torpaq sahəsi 1 milyon 400 min manat, Bayıl qəsəbəsində 31 sot torpaq sahəsi 6 milyon 500 min manat, Şıxovda isə 80 sot ərazi 4 milyon 800 min manata satışa çıxarılıb.
Nərimanov rayonu ərazisində də torpaq qiymətləri sözün əsl mənasında əl yandırır. Rayon ərazisində satışa təklif olunan 13 sot torpaq sahəsi 1 milyon 690 min manat, "Gənclik" metrostansiyası yaxınlığında yerləşən 21 sot torpaq sahəsi isə 3 milyon 500 min manata satılır.
Torpağın 1 sot dəyəri baxımından növbəti pillələri Nəsimi, Xətai və Yasamal rayonları tutur. Burada torpağın 1 sotunun qiyməti ən az 50-100 min manat arasında təklif edilir.
Əlaqə saxladığımız realtorlar deyir ki, sözügedən torpaq sahələrini adətən iş adamları və yaxud MTK-lar alır. Bu cür torpaq sahələri vahid ərazi formasında satılır və müəyyən hissənin ayrıca alışı mümkün deyil.
Onların sözlərinə görə, bu cür torpaq sahələrində hansısa fərdi yaşayış evinin tikintisi demək olar ki, müşahidə edilmir. Realtorlar ötən ilə nisbətən bu il paytaxt ərazisində torpaqların həm azalacağını, həm də bahalaşacağını bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
XƏBƏR LENTİ
-
Türkiyədə inşaat ustası həftəsinə 39 min manat qazanır - (Video)
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi





