Ölkə

İtkin düşən balıqçının qardaşı: "Deyirlər, tutub İrana aparıblar"

16 Yanvar 2025 20:26
Baxış: 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran rayonunun Siyavar kəndi istiqamətində, dənizdə itkin düşmüş hesab edilən balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasovun axtarışları davam etdirilir.

Milli.Az Baku TV-yə istinadən xəbər verir ki, itkin düşmüş Mahmud İbayevin qardaşı Rəşad İbayev hələlik yeni məlumat olmadığını bildirib.

O qeyd edib ki, bəzən sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yayılır:

"Dənizin üstündə nə bir iz, nə ipucu tapa bilirik. Yerli camaat arasında guya İran gəmisinin tutub aparması barədə şayiələr dolaşır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.